E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

"Xarici dillər" kafedrası haqqında məlumat

1. “Xarici dillər” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir və 1992-ci ildən fəaliyyət göstərir. Kafedrada 050103-İngilis dili müəllimliyi və 050203-Tərcümə (İngilis dili) ixtisasları üzrə bakalavr və 060201- Dilşünaslıq (İngilis dili) 060103- Xarici dilin tədrisinin metodikası və metodologiyası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır

Hazirda kafedrada –1 fil.e.d.,professor, 2 elmlər namizədi, dosent, 1 fil.ü.fəl.dok, b/m, 4 baş müəllim(1,0 ştat), 2 baş müəllim (0,5), 6 (1,0 ştat) müəllim, 3 (0,5 ştat) müəllim, 2 saathesabı müəllim çalışır. Kafedrada İngilis dili müəllimliyi və Tərcümə (İngilis dili) ixtisasları üzrə kadrlar hazırlanır və aşağıda göstərilən 2 istiqamət üzrə elmi-tədqiqat işləri aparılır:

1. Ədəbi əlaqələr və tərcümə məsələləri

2. Dilçiliyin müqayisəli tipologiyası

Kafedra üzrə ixtisaslaşmalar:

Bakalavr pilləsi üzrə:

1. 050103-İngilis dili müəllimliyi

2. 050203-Tərcümə (İngilis dili)

Magistratura üzrə

3. 060201- Dilşünaslıq (İngilis dili)

4. 060103- Xarici dilin tədrisi metodikası və metodologiyası

Doktorantura və dissertantura üzrə

5. 5714.01– Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik

Kafedra üzrə tədris olunan əsas dərslərin siyahısı - Bakalavr pilləsi üzrə:

1. S/f Ümumtəhsil sistemində innovasiya

2. Kompütertərcüməproqramları

3. Yazılımətninşifahitərcüməsi

4. Sənədləşməvəterminologiya

5. İngilisdilitədrisininmetodikası

6. Ölkəşünaslıqvəmədəniyyətlərarasıünsiyyət

7. Oxuyubanlamavəyazı

8. Şifahitərcümə

9. S/f (Bədiiərcümə)

10. Eşidibanlamavənitq

11. S/f.Ümumtəhsilkurikulumununəsasları

12. S/f.Beynəlxalqqurumlar

13. Yazılıtərcümə

14. Xaricidilinfonetikası

15. Xarici dildə oxu və nitq

16. Xarici dilin qrammatikası

17. S/f.Tibbimətnlərintərcüməsi

18. İşgüzar xarici dil

19. Xarici dil (Rus)

20. Xaricidil (fransız)

21. S/f.Hüquq və inzibati sənədlərin tərcüməsi

22. İngilis dilinin leksikologiyası

23. Ardıcıl tərcümə və qeydgötürmə texnikası

24. S/f.Sintaktiktəhlil

25. S/f.Mətbuat mətnlərinin tərcüməsi

26. S/f.İctimai-siyasi mətnlərin tərcüməsi

27. S/f.Elmi mətnlərin tərcüməsi

28. S/f.İqtisadi mətnlərin tərcüməsi

29. S/f.Leksiktəhlil

30. S/f.(Evoxusu)

31. Dünya ədəbiyyatı

32. Xaricidil (ingilis)

33. Xaricidil (rus)

34. Ölkəşünaslıq

35. Şifahianlamavəşifahiifadə

36. Peşəkartərcüməninəsasları

37. İngilisdilininüslubiyyatı

38. İngilisədəbiyyatı

39. Tərcümə nəzəriyyəsi

Magistratura pilləsi üzrə:

40.Fəal interaktiv dil təliminin xüsusiyyətləri

41.XDT-nın linqo və didaktik problemləri

42.Fonologiya

43.S/f.Semantik təhlil

44. Filologiyavə XDhazırlığınmüasirproblemləri

45. Filologiyavə XDhazırlığ.tarixivə metodologiyası

46. Kommunikativdiltəlimi

47. S/f.İngilisdilininümumiproblemləri

48. Morfologiya

49. Leksikologiya

50.Praqmatikanın əsasları.

51. Diltəlimimaterialları və qiymətləndirilməsi

52. Dilin mənimsənilməsi

53.Diskurs təhlil

54.Üslubiyyat

55.Xarici və ana dilin tipologiyası

56. Xaricivə anadilinmüqayisəlitipologiyası

57. Sintaksis

58. Üslubiyyat və onun tədrisi metodikası

59. Ədəbi dil tarixi

60. S/f.Ümumtəhsil kurrikulumunun əsasları

61. AMTOF

1. Kafedra müdiri haqqında məlumat

Kafedra müdiri.

Bünyadova Aynur Siyavuşqızı, baş müəllim. 1975-ci il avqust ayının 13-də Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə Lənkəran Şəhər 4 saylı orta məktəbi, 1997- ci ildə Azərbaycan Dillər Universitetini bitirib. 1998 –ci ildən kafedrada çalışır. 2018-ci ildən “Müqayisəli-tarixi müqayisəli tipoloji dilçilik” ixtisası üzrə“Azərbaycan və ingilis dillərində hava və su komponentli frazeoloji birləşmələr” adlı dissertasiya mövzusu üzrə çalışır.“İngilis dilin fonetikası”, ”Xarici dildə oxu və nitq”, “Mətbuat mətnlərin tərcüməsi”, “İctimai siyasi mətnlərin tərcüməsi”“Morfoloji təhlil” fənnlərini tədris edir. O, TEMPUS və ERASMUS-MUNDUS, ESFIDIP layihələri çərçivəsində Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Avstriya Universitetlərində, o cümlədən, ölkəmizdə keçirilən treninq və beynəlxalq konfranslarda iştirak etmişdir.

Aynur Bünyadova 13 məqalə və tezis, 1 metodik vəsait və 4 proqramın müəllifidir.

Elektron ünvanı: aynour13@mail.ru

Kafedra əməkdaşları haqqında məlumat:

Kazımov Kamran Şahverənoğlu - filologiya elmləri namizədi, dosent. 1961-ci il mart ayının 8-də Lənkəran rayonun Yuxarı Nüvədi kəndində anadan olmuşdur.1994-cü ildə M.F.Axundovadına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu(indiki BSU) fərqlənmə diplomu ilə bitirib. “N.S.Tixonov və Şərq ”adlı doktorluq dissertasiyası işini bitirmişdir. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. 3 monoqrafiya, 9 proqram, 6 metodik vəsait, 70-dən çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Respublikanın və Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan, Özbəkistan, kimi xarici ölkələrin elmi jurnallarında dərc olunmuşdur. O, Polşanın Poznan şəhərində,Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanin Kursk Dövlət Texniki , Astarxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq elmi konfranslarında məruzələrlə çıxış etmiş, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmiş və sertifikata layiq görülmüşdür.

Elektronünvanı: kkamran@mail.ru

Cavadova Yeganə Həmdulla qızı, fil.ü.fəl.dok., b/m1966-cı ildə Lənkəran şəhər Liman qəsəbəsində anadan olub. 1983-1991-ci illərdə Azərbaycan Xarici Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) ali təhsil almışdır. 1996-2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Əcnəbi Dillər” kafedrasında baş müəllim kimi işləmişdir. Eyni zamanda 2015-ci ildən Lənkəran Dövlət Universitetində 0,5 ştat müəllim, 2018-ci ildən sentyabrından etibarən 1.0 (tam) ştat müəllim kimi fəaliyyət göstərir. Praqmatikanın əsasları, Dil təlimi materialları və qiymətləndirilməsi, Dilin mənimsənilməsi,Diskurs təhlil, Tərcümə nəzəriyyəsi, İngilis ədəbiyyatı kimi fənləri tədris edir. 15-dən artıq elmi məqalənin müəllifidir.

Elektron ünvanı: yegames@mail.ru

kkamran@mail.ru

Adı:Abdullayeva Asudə Nəriman qızı

Təyinatı: İngilis dili müəllimi, baş müəllim

Kafedra: Xarici Dillər

İş telefonu: 994 25 25 41612

Universitetin poçt ünvanı: 4242, Həzi Aslanov xiy.50, Lənkəran, Azərbaycan

Electron poçt ünvanı: asuda.lsu@gmail.com

Qısa məlumat.1955-ci ildə Lənkəranda dogulmuşdur. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nu ( indiki ADU) ingilis və fransiz dilləri müəllimi ixtisası üzrəbitirmişdir.

2002, 2003 və 2004-cü illərdə Amerika Təhsil Şurası və Azərbaycan Təhsil Nazirliyinin birgə keçirdiyi “Təhsildə Yüksək Mükafat Proqramının”(TEA) qalibi olmuş və İngilis dili və Amerika Ölkəşünaslıq fənlərinin tədrisi üzrə yüksək mükafatlara layiq görülmüşdür. 2008-ci ildə yenə Amerika Təhsil Şurasının keçirdiyi Universitet Müəllimlərinin “İnkişaf Proqramı” müsabiqəsinin qalibi olmuş və 2008/2009-cu illərdə Kanzas ştatının Kanzas Universitetində və Ohayo ştatının Yanqstaun Dövlət Universitetində mübadilə proqramında iştirak etmişdir.

2009-cu ildə Harvard Universitetinin Ədəbiyyat və Müqayisəli Ədəbiyyat Kafedrasının keçirdiyi konfransda Azərbaycanı təmsil etmişdir.

TEA, JFDP, TEA, JFDP, TEMPUS, ESFIDIP və IANUS Proqramları çərçivəsində bir sıra inkişaf etmiş ölkələrdə – Amerika, Almaniya, İngiltərə, Yunanıstan, Rumıniya və İtaliyada tanınmış universitetlərdə mübadilə proqramlarında iştirak etmişdir. 20-dən çox beynəlxalq və respublika daxili təhsil müəssisələrinin sertifikatları ilə mükafatlandırılmışdır.

4 metodik vəsait, 3 proqram və 20 tezis və elmi məqalə müəllifidir.

Əkbərov Haşım Lələxan oğlu,baş müəllim.1966-cı il avqust ayının 26-da Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur.1991-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir. 1995-ci ildən kafedrada çalışır. Kompüter tərcümə proqramları, İngilis dilinin tədrisi metodikası, İngilis dilinin leksikologiyası, İngilis dilinin üslubiyyatı, Ardıcıl tərcümə və qeyd götürmə, Fəal interaktiv dil təliminin xüsusiyyətləri kimi fənləri tədris edir.H.Əkbərov JFDPproqramının qalibi olmuş (2009-2010) və ABŞ-ın Kanzas ştatının Kanzas Universitetində və Uayominq ştatının Uayominq Universitetində mübadilə proqramında iştirak etmişdir.Həmçinin TEA (ABŞ) proqramının mükafatçısı (2002, 2003, 2004), TEMPUS (Avropa) vəERASMUS MUNDUS(Avropa) layihələri çərçivəsində Böyük Britaniya, İtaliya, Almaniya universitetlərində, o cümlədən, ölkəmizdə keçirilən treninq və beynəlxalq konfranslarda iştirak etmişdir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını (2007-2010) vəRumıniyanın İasse şəhərində Aleksandru İoan Kuza Universitetində (2014-2016) doktorantura təhsilini başa vurmuşdur. 30 elmi məqalənin, 2 proqramın və birmetodik vəsaitin müəllifidir.

Elektronünvanı: hashim.akbar@mail.ru

Heydərov Rafael Kəlbi oğlu, baş müəllim.1954-ci il may ayının 12-də Lənkəran şəhəri Boladi kəndində anadan olmuşdur. 1971-ci ildə Boladi kənd orta məktəbin, 1975 – ci SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutununun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir. 2001-ci ildən kafedrada çalışır. Eşidib anlama və nitq, Beynəlxalq qurumlar, Xarici dilin fonetikası, Ümumtəhsil kurikulumunun əsasları fənlərinitədris edir. R.Heydərov TEMPUS layihəsi çərçivəsində Böyük Britaniya, İtaliya və Almaniya universitetlərində, o cümlədən, ölkəmizdə keçirilən treninqlərdə və beynəlxalq konfranslarda iştirak etmişdir. 10-dan artıq elmi məqalənin müəllifidir

Elektronünvanı: heyderovrafael@gmail.ru

Əliyeva Sevər Eynəli qızı, müəllim. 1978-ci il noyabr ayının 14-də Lənkəran şəhəri Darquba kəndində anadan olmuşdur. 1995-ci ildə Lənkəran şəhər 4 saylılisey-məktəbi, 2001- ci ildə isə Lənkəran Dövlət Universitetinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini bitirib. 2008- ci ildə Azərbaycan Dillər Universitetinin Roman-German Filologiyası fakultəsinin Xarici Ölkələr Ədəbiyyatı ixtisasi üzrə magistr dərəcəsi almışdır. 2004-2014-cü illərdə Azərbaycan Dillər Universitetində Magistratura şöbəsində və Kurikulum və Keyfiyyətə Nəzarət Departamentində inspektor vəzifəsində çalışmışdır.2016-cı ildən Lənkəran Dövlət Universitetində İngilis dili müəllimi vəzifəsində çalışır. S/f.Tibbi mətnlərin tərcüməsi, Xarici dildə oxu və nitq, Xarici dil (ingilis dili) fənlərini tədris edir.7 elmi məqalənin və 3 proqramın müəllifidir.

Elektronünvanı: sevarnurullayeva@mail.ru

Mehdiyeva Aysel Sehran qızı, müəllim.1986-cı il oktyabr ayının 30-da Lənkəran şəhərində anadan olmuşdur. 2007-ci ildə Lənkəran Dövlət Universitetinin “İngilis dili və ədəbiyyatı müəllimliyi” ixtisasını fərqlənmə diplomu, 2009-cu ildə Lənkəran Dövlət Universitetinin Magistratura şöbəsinin Dilşünaslıq istiqaməti üzrə “Xaricidil (İngilisdili)” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildən Lənkəran Dövlət Humanitar Kollecində ingilis dili müəllimi kimi fəaliyyətə başlamış, 2014-2016-cı illərdə Lənkəran Dövlət Humanitar Kollecində Tədris hissə müdiri vəzifəsində də çalışmışdır. 2016-cı ildən Lənkəran Dövlət Universitetində müəllim kimi çalışır.2018-ci ildə Lənkəran Dövlət Universitetinin Dissertantura şöbəsinin “Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik” ixtisasına qəbul olunmuş və “Azərbaycan və ingilis dillərində məkan metaforaları” adlı dissertasiya mövzusu üzrə çalışır. “Xarici dil (İngilis dili)”, “Xarici dildə oxu və nitq”, “Xarici dilin qrammatikası”, “İqtisadi mətnlərin tərcüməsi”, “Elmi mətnlərin tərcüməsi” fənlərini tədris edir. Ölkəmizdə keçirilən bir neçə treninq və konfranslarda iştirak etmişdir. 12 məqalə və tezis, 5 proqramın müəllifidir.

Elektron ünvanı: mysel@yahoo.com

Məmmədova Günel Elmir qızı, müəllim.1991-ci il avqustun ayının 14-də Şuşada anadan olmuşdur. 2008-ci ildə Bakı Şəhər 286 saylı tam orta məktəbi, 2012-ci ildə isə Azərbaycan Dillər Universitetinin“İngilis dili” fakültəsini bitirmişdir.2013-cü ildə magistratura təhsilini Azərbaycan Dövlət Pedoqoji Universitetinin “İbtidai tədrisisin metodikası və metodologiyası” ixtisası üzrə davam etdirmişdir.2016-cı ildən Lənkəran Dövlət Universitetində çalışır. Xarici dil (ingilis dili) fənnin tədris edir.

Elektronünvanı: gunel2017m@gmail.com

Ağayeva Zülfiyyə Xanoğlan qızı,müəllim. 1964-cü il fevral ayının 8-də Lerik rayonunda anadan olub. 1980-cı ildə Lerik rayon tam orta məktəbi, 1986-cı ildəisə M.F.Axundov adına APRDƏ İnstitutunu (indiki BSU) bitirib. 1994-cü ildən kafedrada işləyir. Xarici dil (rus dili) fənnini tədris edir. O, bir çox elmi konfrans, təlim və simpoziumlarda fəal iştirak edib. 9 elmi məqalənin 1 proqramın müəllifidir.

Elektronünvanı: zulfiyye.agayeva1964@mail.ru

Rzayeva Aynur Mirəli qızı,müəllim. 1990-cı il may ayının 29-da Lənkəran şəhərində anadan olub. 2007-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbi və 2011-ci ildə Azərbaycan Dillər Universitetinin “İngilis dili” fakültəsini bitirmişdir. 2012-2015-ci illərdə Azərbaycan Dillər Universitetinin magistr pilləsində “Dilşünaslıq” üzrə təhsilini davam etdirmişdir. 2013-cü ildən İsmayıllı rayonu Cülyan kənd orta məktəbində İngilis dili müəllimi kimi çalışmışdır. 2016-cı ildən Lənkəran Dövlət universitetində çalışır. 2018-ci ildən etibarən Azərbaycan Dillər Universitetinin “Müqayisəli-tarixi müqayisəli tipoloji dilçilik” ixtisası üzrə “İngilis və azərbaycan bədii mətnlərində koheziya və informativlik”adlı dissertasiya mövzusu üzərində çalışır. “Xarici dildə oxu və nitq” “Leksik təhlil”, “Sintaktik təhlil” “Yazılı anlama və yazılı ifadə” fənlərini tədris edir. 8 elmi məqalənin,6 tezis və 2 fənn proqramının müəllifidir. İş fəaliyyəti müddətində bir sıra respublika elmi konfranslarıda və treyninqlərində iştirak etmişdir.

Elektronünvanı: mrs.rzayeva@list.ru

Fərəməzov Azər Surətulla oğlu. 1966-cı il mart ayının 22-də Astara rayonunun Təngərüd kəndində anadan olub. 1983-cü ildə Təngərüd orta məktəbin, 1991-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutununun (indiki ADU) İngilis dili və alman dili müəllimi ixtisasını bitirib.1991-ci ildən 2003-cü ilədək Astara rayonunun bir sıra orta məktəblərində İngilis dili fənnin tədris etmişdir. 2003-cü ildə Lənkəran rayonunun Şürük kəndində Amerikanın “Project Harmony” təşkilatında məktəbdə əlaqələndirmə proqramında Layihə koordinatoru vəzifəsində çalışmışdır. 2004-2016-cı illərdə Astara pedaqoji Kollecində İngilis dili müəllimi vəzifəsində işləmişdir.2007-ci il 27-29 sentyabrda Amerikanın “USAİD” təşkilatının “Liderlik, nüfuz və təşkilati quruculuğa giriş” mövzusunda təlimdə iştirak etmiş, daha yüksək bal toplayıb kursu uğurla başa çatdırmışdır.2013-cü il 3-6 aprel tarixlərində Kiyevdə Beynəlxalq Konfransda iştirak etmişdir. “Qeyri-ixtisas tələbələrinə ingilis dilinin öyrədilməsində müsbət motivasiyaları formalaşdırmaq” adlı elmi məqaləsi 2015-ci ildə Kiyev Milli Akademiyasında çap olunub. 2014-cü ildən Lənkəran Dövlət Universitetinin “Xarici dillər” kafedrasında Xarici dil (ingilis dili) fənnini tədris edir. 4 elmi məqalənin müəllifidir.

Elektronünvanı: faramazovazer@mail.ru

Muradxanlı Bəxtiyar Malik oğlu, baş müəllim.1949-cu il may ayının 25-də Lerik rayonunun Aşağı Gedik kəndində anadan olub. 1966-cı ildə məktəbi, 1977-ci ildəM.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnistitutunu (indiki BSU) bitirmişdir. 1977-1987-ci ilə qədər Biləsuvar rayon Novaqrajdonoka kənd orta məktəbində işləmişdir. 1987-2007-ci illərə qədər Müəllimlərin Təkmilləşdirmə İnistituntunun Lənkəran filialında işləmişdir. 1993-cü ildən hal-hazırki vaxta qədər Lənkəran Dövlət Universitetində çalışır. Xarici dil (rus dili) fənnini tədris edir. 3 dərs vəsaiti, 30-dan çox elmi məqalənin müəllifidir.

Elektronünvanı: canbaba09@mail.ru

Əliyev İlqar Tahir oğlu, müəllim. 1981-ci il iyulun ayının 5-də Lənkəran şəhərində anadan olub. 1999-cu ildə lənkəran Türk liseyin,2003-ci ildə isə Lənkəran Dövlət Universitetinin “İngilis dili” fakültəsini bitirmişdir. 2003-2005-ci illərdə Lənkəran Dövlət Universitetinin magistr pilləsində “Dilşünaslıq” üzrə təhsilini davam etdirmişdir. 2007-cü ildən Lənkəran şəhəri Q.Zeynalov adına Darquba kənd orta məktəbində İngilis dili müəllimi kimi çalışmışdır. 2014-ci ildən Lənkəran Dövlət universitetində çalışır. Xarici dil (ingilis dili) fənnini tədris edir. 3 elmi məqalənin müəllifidir.

Elektronünvanı: ilqar-500@mail.ru

Kazımova Məlahət Şahverən qızı, baş müəllim. 1958-ci il dekabr ayının 3-də Lənkəran şəhərində anadan olub. 1976-cı ildə Lənkəran şəhər 2 saylı orta məktəbi, 1981-ci ildə isə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutununun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir.1995-ci ildən LDU-nun “Xarici dillər” kafedrasında çalışır. Xarici dili(ingilis dili) fənnini tədris edir. 13 müxtəlif elmi-metodiki məqalələrin müəllifidir.

Elektronünvanı: kazımovamelahet@gmail.ru

Tahirov İlham Mikayıl oğlu, filologiya üzrə elmlər doktoru, professor.1963-cü il iyun ayının 8-də Masallı rayonunun Miyənkü kəndində anadan olub.1981-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutununun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir. 1990-1993-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnistitutunun əyani aspiranturasını bitirmişdir. 1986-cı ildə-Yardımlı rayonu Hamarkənd orta məktəbində, 1990-cı ildə AMEA Nəsimi adına Dilçilik İnistitutunun aspirantı, 1993-cü ildə Nəsimi dına Dilçilik İnistitutu Ümumi dilçilik və dil əlaqələri şöbəsində, 1994-cü ildə AMEA-nın elmi katibi, 1996-cı ildə AMEA-nın katibi, 2013-cü ildə AMEA, Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, 2014-cü ildə AMEA-nın baş elmi işçisi vəzifəsində çalışır. Müqayisəli tipologiya, İngilis dilinin tədrisi metodikası fənlərini tədris edir. 2017-ci ildən Lənkəran Dövlət universitetində çalışır. 70-ə yaxın elmi məqalənin müəllifidir.

Elektronünvanı: ilham_tahir@rambler.ru

Mirzəyeva Ülviyyə Əlihüseyn qızı 22 aprel 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-1997-cİ illər Bakı şəhəri 146 saylı orta məktəbdə oxumuş, 1997-1999-cu illər isə “Zəngi” litseyini “Biokimya və Genetika” profili üzrə bitirmişdir. 1999-2003-cü illərdə Bakı Slavyan Universitetin “Filologiya” fakültəsinin bakalavriatura səviyyəsi üzrə “Rus dili və ədəbiyyatı” ixtisasını, 2003-2005-ci illərdə universitetinin magistratura səviyyəsini “Filologiya” istiqaməti üzrə “Rus dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası” ixtisasını “Fərqlənmə” diplomuyla bitirmişdir. 2004-2011-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında bir neçə redaksiyalarda müxbir, dizayner və şöbə müdiri, 2011-13 cil illərdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “VİP Aviasiya Xidmətləri” şirkətində işləmişdir. 2014-2017-ci illər 46 saylı Tərbiyə İşi Mərkəzində (indiki 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi) dərnək rəhbəri işləmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetində “Beynəlxalq Əməkdaşlıq” şöbəsində əvvəlcə “Tələbə-müəllim mübadiləsi” üzrə mütəxəssis vəzifəsində çalışmış, hal-hazırda isə “Beynəlxalq Əməkdaşlıq” şöbəsinin müdir müavinidir. Eyni zamanda “Xarici dillər” kafedrasında xarici dil (rus dili) müəllimidir. 2016-cı ildən Bakı Slavyan Universitetinin doktorantıdır. Rus dilinin tədrisi metodikası kafedrasında doktorant kimi elmi tədqiqatla məşğuldur. Yerli və beynəlxalq konfranslarda iştirak edir və bununla bağlı məqalələri və tezisləri dərc olunur. 6 tezisi və 6 məqaləsi var.

Elektron ünvanı: demand_girl@mail.ru

Sadıxova Almas Vəkil qızı, müəllim.1960-cı il dekabr ayının 25-də Lənkəran şəhərində anadan olub.1979-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnistitutunu (indiki BSU) bitirmişdir. 1978-ci ildə Lənkəran Stomatoloji poliklinikasında, 1979-cu ildə M.F.Axundov adına rus dili və ədəbiyyatı İnistutunda, 1984-cü ildə Lənkəran 1 saylı tam orta məktəbində, 2007-ci ildən Lənkəran Humanitar Kollecində çalışır. 2017-ci ildən Lənkəran Dövlət universitetində çalışmaya başlamışdır. Xarici dil (rus dili) fənnini tədris edir.

Elektronünvanı: Sadıxovaalma@zbox.az

İsmayılova Afaq İmaş qızı, filologiya üzrə elmlər namizədi, dosent.1989-cu ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutununun (indiki ADU)“İngilis dili” fakültəsini bitirmişdir.1990-1993-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnistitutunun əyani aspiranturasını bitirmişdir. 1993-cü ildən Bakı Dövlət Universitetində çalışır. 2015-ci ildən ildən Lənkəran Dövlət universitetində çalışır. İngilis dilinin tədrisi metodikası, Fəal interaktiv təlim, Filologiyanın tarixi və inkişafı fənlərini tədris edir.20-dənçox elmi məqalənin müəllifidir.

Elektron ünvanı: afaq.ismayilova@outlook.com

Manafova Tünzalə Cəlal qızı, müəllim. 1972-ci ildə Lənkəran şəhəri Gərmətük qəsəbəsində anadan olub. 1989-cu ildə Gərmətük qəsəbə orta məktəbin, 1994-cü ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir. 1994-cü ilə Lənkəran şəhər 4 saylı orta mətbədə işləyib. 2002-ci ilədən Lənkəran Dövlət Universitetində çalışır. 4 elmi məqalənin müəllifidir.

Elektron ünvanı: tunzale.manafova.72@mail.ru

Ağayev Müqəddin İmanverdi oğlu, müəllim. 16 yanvar 1962-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulmuşdur. 1979-cu ildə Gərmətük orta məktəbin, 1988-ci ildə fərqlənmə diplomu ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutun bitirmişdir. 1988-1994-cü ilə qədər Lənkəran rayonunda orta məktəbdə müəllim çalışmışdır. 2018-ci ildən Lənkjəran Dövlət Universitetində çalışır. Xarici dil (rus dili) fənnin tədris edir.

Kafedranın ünvanı: Lənkəran ş., H.Abdullayev küç.19 Əlaqə telefonu, 25-4-16-12

Kafedra müdiri: b/m.A.S.Bünyadova

Facebook Youtube