E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

“Humanitar fənlər” kafedrası haqqında məlumat

Universitetdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar 2016-cı ildən yeni adla fəaliyyət göstərən “Humanitar fənlər” kafedrası 1992-ci ildə əsası qoyulan “Pedaqogika və psixologiya” kafedrasının bazasında yaradılmışdır.

Kafedraya 1997-ci ilədək ped.e.d., professor Rəfiqə Mustafayeva, 1997-2006-cı illərdə ped.e.d., professor Əjdər Ağayev rəhbərlik etmişlər. Kafedranın təşəkkülü və inkişafında, elmi potensialının formalaşmasında onların xidmətləri əvəzsizdir.

2006-cı ildən kafedraya pedaqoji elmlər namizədi, dosent Əliyev Afiq Xanoğlan oğlu rəhbərlik edir.

Kafedra 2011-ci ildə “Fiziki tərbiyə və mülki müdafiə” kafedrası ilə birləşdirilərək 2014-cü ilədək “Pedaqogika-psixologiya və fiziki tərbiyə” kafedrası adı altında fəaliyyət göstərmişdir.

2014-cü ildə yenidən “Pedaqogika və psixologiya” kafedrası adlanan kafedra 2016-cı ildən “Humanitar fənlər” kafedrası adı altında fəaliyyət göstərir.

2018/2019-cu tədris ilində “Humanitar fənlər” kafedrasında 10 əməkdaş çalışır. Onlardan 6 nəfəri fəlsəfə doktoru (bunlardan 4 nəfəri dosent, 1 nəfər baş müəllim),1 nəfəri baş müəllim, 3 nəfəri isə müəllimdir. Kafedranın əməkdaşları pedaqoji və elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edirlər. Kafedrada “Şəxsiyyətin inkişafı və formalaşması“, “Gənclərdə idrak proseslərinin inkişafı“ və “Etnomədəni əlaqələrin inkişaf xüsusiyyətləri“ problemləri üzrə elmi-tədqiqat işləri aparılır.

Kafedranın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən 14 monoqrafiya, 8 dərslik, 22 dərs vəsaiti, 11 metodik vəsait, çoxlu sayda proqram, elmi məqalə və tezislər çap olunmuşdur.

Kafedrada tədris olunan fənlər üzrə bütün proqramlar təhsilin məzmununa uyğun müasir dövrün tələbləri səviyyəsində yeniləşdirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Kafedranın əsas elmi-tədqiqat istiqamətləri:

- Pedaqogika

- Psixologiya

- Mədəniyyətşünaslıq

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:

- 050121- Təhsildə sosial-psixoloji xidmət (bakalavriat)

- 060119- Təhsildə qiymətləndirmə və monitorinq (Magistratura)

Kafedra üzrə tədris olunan əsas fənlər aşağıdakılardır:

Bakalavriat:

1. Pedaqogika

2. Ümumi pedaqogika

3. Sosial pedaqogika

4. Təhsilin idarə olunması

5. Psixologiya

6. Pedaqoji psixologiya

7. Psixologiyanın əsasları

8. Uşaq psixologiyası

9. Inkişaf və yaş psixologiyası

10. Təhsildə sos-psixoloji xidmət və psixoloji praktikum

11. Defektologiya və loqopediyanın əsasları

12. Psixofiziologiya

13. S/f.Yaş və pedaqoji psixologiya

14. S/f. Psixologiya tarixi

15. S/f. Multikulturalizmə giriş

16. S/f. Politologiya

17. S/f. Mədəniyyətşüanslıq

18. S/f. Ümumtəhsil kurikulumunun əsasları

19. S/f. Azərbaycan Respublikasının Konstitusiyası

Magistratura:

1. Ali məktəb pedaqogikası

2. Psixologiya

3. Tərbiyə işinin metodikası

4. AMTMOF (Məktəbşünaslığın pedaqoji əsasları)

5. AMTMOF (İbtidai sinif müəlliminin pedaqoji ustalığı)

6. İbtidai təhsil pedaqogikasının müasir problemləri

7. İbtidai təhsil pedaqogikası

8. İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası

9. Pedaqogikanın müasir problemləri

10. Pedaqogikanın tarixi və metodologiyası

11. Təhsildə monitorinq və qiymətləndirmənin fəlsəfəsi

12. Qiymətləndirmə və monitorinq

13. Məktəbdaxili qiymətləndirmə

14. Təhsildə tədqiqatlar və innovasiyaların dəyərləndirilməsi

15. Ümumitəhsil sistemində yeni qiymətləndirmə mexanizmləri

16. Şagirdlərin peşə hazırlığı və sosial məşğulluq məsələləri

17. S/f. Azərbaycan multikulturalizmi

18. S/f. Təhsildə qiymətləndirmə və monitorinqin pedaqoji əsasları

19. S/f. Ümumtəhsil kurikulumunun əsasları

Kafedra müdiri:

Pedaqoji elmlər namizədi, dosent Əliyev Afiq Xanoğlan oğlu.

Afiq Əliyev 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunun Pedaqoji fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1991-1996-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olmuşdur. 1996-cı ildə “Yuxarı sinif şagirdlərində vətəndaşlıq ləyaqəti tərbiyəsi üzrə işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edərək “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə pedaqoji elmlər namizədi elmi dərəcəsi, 2006-cı ildə dosent elmi adı almışdır. Müxtəlif illərdə Füzuli rayonunda kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı müavin, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda pedaqogika müəllimi işləmişdir. 1997-ci ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında Pedaqogika üzrə baş müəllim və kafedra müdirinin köməkçisi kimi fəaliyyət göstərmiş, 2006-cı ildən həmin kafedranın müdiri vəzifəsini icra etmişdir.2017-ci ildə müsabiqə yolu ilə “Humanitar fənlər” kafedrasının müdiri seçilmişdir.

Müxtəlif illərdə Universitetin Elmi Şurasının üzvü, Elmi-metodik şurasının katibi, Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Hazırda Universitetin Elmi Şurasının və Elmi-metodik Şurasının üzvüdur.

Afiq Əliyev kafedrada“Şəxsiyyətin inkişafı və formalaşması” problemi üzrə elmi-tədqiqat işi aparır. 5 metodik vəsait, 1 dərs vəsaiti, 10 proqram, 45 elmi məqalə və tezisin müəllifi, 1 kitabın tərtibçisidir.LDU-da, həmçinin digər ali məktəblərdə keçirilən Respublika və Beynəlxalq miqyaslı konfranslarda məruzələrlə çıxış etmişdir.

Afiq Əliyev 2000-2014-cü illərdə müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştirakına görə Sertifikatlarla təltif olunmuşdur.

2018-ci ildə elmi-pedaqoji fəaliyyətinə görə universitet rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilib.

E-ünvanı: qi.afiq1958@gmail.com

Abduləzizov Mehman Mövsüm oğlu,pedaqoji elmlər namizədi, dosent.

Abduləzizov Mehman 1956-cı ildə anadan olmuşdur.1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra Volqoqrad şəhərinə, “Avrora” zavoduna işləməyə göndərilmiş, iki il orada işlədikdən sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna işə qəbul olunmuşdur.

1981-ci ildən Bakı baza Energetika texnikumunda mühəndis, baş mühəndis, laboratoriya müdiri vəzifələrində çalışmışdır.

1983-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki xarici dillər kursunun ərəb dili şöbəsini əla qiymətlərlə bitirmişdir.

1987-1990-cı illərdə Liviya Ərəb Cəməhiriyyəsinə ezam olunmuş və orada ərəb dili tərcüməçisi vəzifəsində çalışmışdır.1990-cı ildən Bakı Baza Energetika texnikumunda “Elektrik maşınları” laboratoriyasına müdir təyin olunmuş,1991-1993-cü illərdə ştat üzrə müəllim vəzifəsində çalışmışdır.

Mehman Abduləzizov 1993-cü ildən Bakı Baza Energetika texnikumunda direktor işləmişdir. 1997-ci ildə Bakı Neft və Bakı Baza Energetika texnikumları birləşdirilərək, Bakı Neft–Energetika Kollecinin yaradılması ilə əlaqədar, həmin kollecə direktor təyin olunmuşdur. 2017-ci ildən eyni zamanda “Humanitar fənlər” kafedrasında müvafiq fənləri tədris edir. 2007-ci ildən pedaqoji elmlər namizədi, 2018-ci ildən dosentdir. 9 dərs vəsaiti və metodik vəsaitlərin müəllifidir, 35 elmi məqaləsi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur. Hazırda “Orta ixtisas təhsili məktəblərində təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

E-ünvanı: bakineft@mail.ru

Bəşirov Vidadi Paşa oğlu, pedaqoji elmlər namizədi, dosent.

Bəşirov Vidadi 1951-ci ildə anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) Coğrafiya fakültəsini bitirmişdir. 1982-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun “Pedaqogika tarixi” ixtisası üzrə əyani aspiranturasına daxil olub. 1985-ci ildə namizədlik dissertasiyasını bitirərək həmin institutda elmi işçi vəzifəsinə götürülmüşdür. 1989-cu ildə “XIX əsrin ikinci yarısında Azərbaycan pedaqoji fikrinin inkişafına rus mütərəqqi ideyaların təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1985-1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, kiçik elmi işçi, baş elmi işçi və böyük elmi işçi vəzifələrində işləyib. 1990-cı ildə baş elmi işçi (dosent) vəzifəsinə seçilib.

Vidadi Bəşirov 1999-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2017-ci ildən eyni zamanda “Humanitar fənlər” kafedrasında müvafiq fənləri tədris edir.

E-ünvanı:vidadi.besirov@mail.ru

Mahmudov Kamal Fətulla oğlu,tarix üzrə fəlsəfə doktoru, dosent.

Mahmudov Kamal 1965-ci ildə anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Tarixçi və tarix müəllimi” ixtisasını bitirmişdir.

2014-cü ildə “XX əsrin 50-ci illərinin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi proseslər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə müsabiqə yolu ilə dosent vəzifəsinə seçilmişdir.

Kamal Mahmudov 1998-ci ildən Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasında müəllim, baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 1999-2006-cı illərdə Lənkəran Dövlət Universitetində dekan müavini vəzifəsində çalışmışdır.2016-cı ildən “Humanitar fənlər” kafedrasında fəaliyyətini davam etdirir. Eyni zamanda 2016-ci ildən Humanitar fakültənin dekanı vəzifəsini icra etmiş, 2018-ci ildə həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir.

3 fənn proqramı, 33elmi məqalə vətezisin müəllifidir.

E-ünvanı:kamal-1965@mail.ru

Məmmədov Zaur İbrahimxəlil oğlu,tarix üzrə fəlsəfə doktoru, baş müəllim.

Məmmədov Zaur 1982-ci ildə anadan olmuşdur. 2004-cü ildə Lənkəran Dövlət Universitetinin “Tarix və ictimaiyyət” ixtisası üzrə bakalavriat səviyyəsini, 2008 ci ildə “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.2008-ci ildə Lənkəran Dövlət Universitetində “Vətən Tarixi” ixtisası üzrə doktoranturaya qəbul olmuş, 2012-ci ildə doktorantura təhsilini başa vurmuşdur.

2015-ci ildə “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələri (2003-2010-cu illər)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Zaur Məmmədov Hazırda Humanitar fənlər kafedrasında 0,5 ştat baş müəllim kimi fəaliyyət göstərir. Lənkəran Dövlət Universitetinin “Beynəlxalq əməkdaşlıq şöbəsi”nin müdiridir. 2 tədris proqramı, 35 elmi məqalənin müəllifidir. Onlardan bir neçəsi, Türkiyədə, Rusiyada, Ukraynada, Orta Asiyada nəşr edilmişdir.

E-ünvanı:mammadovzaur@mail.ru

Cəfərov Sahil Nizam oğlu,pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim.

Cəfərov Sahil 1977-ci ildə anadan olmuşdur. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr səviyyəsini, 2001-ci ildə fərqlənmə diplomu ilə magistratura səviyyəsini bitirmişdir.

2003-cü ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.Hazırda “Humanitar fənlər” kafedrasında baş müəllim kimi fəaliyyətini davam etdirir.

2012-ci ildə “Kiçik yaşlı məktəblilərlə aparılan sosial pedaqoji işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.Müxtəlif illərdə Lənkəran Dövlət Universitetində Təlim-tərbiyə işləri üzrə dekan müavini, Tədrisin təşkili və əlavə təhsil bölməsinin rəhbəri vəzifələrində çalışıb.

”Şəxsiyyətin inkişafı və formalaşması” problemi üzrəelmi-tədqiqat işi aparır.1 dərs vəsaiti, 1tədris proqramı, 34elmi məqalə və tezisin müəllifidir.

E-ünvanı:ceferovs998@gmail.com

Cəfərova Nahidə İbrahim qızı, baş müəllim.

Cəfərova Nahidə 1974-cü ildə anadan olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin “Psixologiya” ixtisasını bitirmişdir.

1998-ci ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında Psixologiya müəllimi kimi fəaliyyət göstərir. Hazırda “Humanitar fənlər” kafedrasında baş müəllim kimi fəaliyyətini davam etdirir.

2015-ci ildən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (Təhsil İnstitutunun)dissertantıdır. “Gənclərdə idrak proseslərinin inkişafı” problemi üzrəelmi-tədqiqat işi aparır. 1 metodik vəsait, 25elmi məqalə və tezisin müəllifidir.

E-ünvanı:nahide.ceferova@gmail.com

Mehrəliyev Şahin Bəylər oğlu, müəllim.

Mehrəliyev Şahin 1975-ci ildə Astara rayonundaanadan olmuşdur.1992-ci ildə Türkiyənin Marmara universitetinin Biologiya müəllimliyi fakultəsinə daxil olmuş,1994-cü ildə Bakı şəhərində N.Tusi adına ADPU-nin biologiya fakultəsində təhsilini davam etdirmiş, 1998-ci ildə həmin universitetin bakalavr səviyyəsini, 2000-ci ildə “Ümumi psixologiya” ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir.

2001-ci ildə Binəqədi rayonunun 126 saylı orta məktəbində praktik psixoloq kimi fəaliyyətə başlamışdır. 2004-cü ildə Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun mühazirəçilər qrupunda psixologiya kursu üzrə məşğələlər aparmışdır. 2004-cü ildə Bakı şəhəri üzrə müxtəlifməktəb və uşaq bağçalarında praktik psixologiya ilə bağlı seminarlar keçirmişdir.

2005-2017-ci illərdə Astara rayon Vaqo kənd tam orta məktəbində praktik psixoloq, eyni zamanda 2016-cı ildən etibarən Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialında böyüklər üzrə baş psixoloq vəzifəsində işləmişdir.

Şahin Mehrəliyev 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasında müəllim kimi fəaliyyət göstərir. 3 monoqrafik kitabın, 5elmi məqalə və tezisinmüəllifidir.1993-2015-ci illərdə Ankara və Bakı şəhərlərində müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştirakına görə Sertifikatlarla təltif olunmuşdur.

E-ünvanı:shahin_75@ mail.ru

Manafova Könül Akif qızı, müəllim.

Manafova Könül 1978-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr səviyyəsini bitirmişdir. 1999-2001-ci illərdə həmin ixtisas üzrə Lənkəran Dövlət Universitetində təhsilini davam etdirərək magistr ixtisas dərəcəsi almışdır.

1999-2015-ci illərdə Lənkəran şəhər 5 nömrəli tam orta məktəbində psixoloq vəzifəsində işləmişdir.

2015-ci ildən etibarən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 2017-ci ildən eyni zamanda “Humanitar fənlər” kafedrasında pedaqogika fənnini tədris edir.

E-ünvanı:konulmanafova@mail.ru

Kafedranın ünvanı: Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi-19, 2 saylı tədris korpusu.

Telefon: (+994) 025 254 35 69; daxili: 105

Kafedra haqqında məlumatları

dos. Afiq Əliyev təqdim etmişdir.

Facebook Youtube