Xəbər lenti



Lənkəran Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib. Bu gün AzEdu.az-ın təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. AzEdu.az-ın "İlin gənc müəllimi" layihəsinin qalibi olan Lənkəran nümayəndəmiz Kamil Kazımov tələbələrlə uğurun sirlərini müzakirə edib. Daha sonra onlara qalib kimi təltifnamələri təqdim olunub.Lənkəran Dövlət Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:Bəşirli Xavər Rahim qızı- Tarix və coğrafiya müəllimliyi, l kursKərimova Fidan Qabil ...

 LDU-da “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda Beynəlxalq  elmi konfrans keçirilib.

Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri”(tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə) adlı Beynəlxalq Elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” bölməsi bu gün LDU-da işinə başlayıb. Beynəlxalq elmi konfransın iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət ...

LDU-nun  Elmi şurasında  yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti  müzakirə  edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranınnövbəti iclası keçirilib. Şura iclasını universitetin rektoru, Elmi şuranın sədriprof. Natiq İbrahimov açıb və müzakirə ediləcək məsələlər barədə şura üzvləriniməlumatlandırıb. Elmi şura gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəlrektor yeni təqdimat barədə danışıb. Bildirib ki, “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı, tarix üzrə fəlsəfədoktoru, dos.Zaur Məmmədova rektorun 10may 2023-cü il tarixli əmri ilə universitetin “ Beynəlxalq əlaqələr və layihələrüzrə” prorektoru vəzifəsinin icrası həvalə olunub.Elmi şurada “Yaz semestrinin imtahan sessiyasına hazırlığınvəziyyəti. Universitet üzrə I kollokviumun nəticələri və II ...

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada təhsil festivalı keçiriləcək.

Mayın 20-də Astara rayonu dənizkənarı park-bulvar kompleksində Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə təhsil festivalının keçirilməsi nəzərdə tutulur. Mayın 10-a qədər Təhsil festivalında iştirakını təsdiq edən ali təhsil müəssisələrini təqdim edirik:1. Lənkəran Dövlət Universiteti2. Azərbaycan Memarlıq və İnşaat Universiteti3. Azərbaycan Diplomatik Akademiya4. Azərbaycan Dövlət Pedaqoji Universiteti5. Odlar Yurdu Universiteti6. Azərbaycan Turizm və Menecment Universiteti7. Bakı Biznes UniversitetiQeyd edirik ki, festival tarixinə qədər iştirakçı qismində çıxış edəcək digər ...

LDU-da Ümummilli lider H.Əliyevin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib.

Ümummilli lider Heydər Əliyevin doğum günündə Lənkəran Dövlət Universitetində (LDU) anadan olmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti ulu öndərin Lənkəran şəhərinin mərkəzindəki xatirə abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər düzüblər. Sonra tələbə və müəllimlər ümumrayon tədbirlərinə qatılaraq ulu öndərə olan sevgi və ehtiramlarını bildiriblər.Lənkəran Dövlət Universitetinin Böyük akt zalında keçirilən universitetin yubiley tədbiri Ümummilli lider H.Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Sonra Azərbaycan ...

LDU-da H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransı canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. “Heydər Əliyev Azərbaycanın böyük uğurla reallaşdırılan iqtisadi strategiyasının banisidir” mövzusunda keçirilən elmi konfransı universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru , dos. İdrak Əsgərov açıb. İdrak Əsgərov konfrans iştirakçılarına rektor, professor Natiq İbrahimovun təbrikini çatdırıb. Çıxışında bildirib ...

Türkiyənin Qafqaz (Qars) Universiteti rəsmiləri LDU-da

Türkiyənin Qafqaz (Qars) Universitetinin rektoru, prof.dr. Hüsnü Kapu başda olmaqla bu ali təhsil ocağının rəsmiləri Lənkəran Dövlət Universitetində (LDU) olub. Qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçirilən işgüzar görüş zamanı Natiq İbrahimov qonaqlara LDU-nun təhsil həyatı barədə ətraflı məlumat verib, son illərdə universitetin maddi-texniki bazasının yenilənməsi, yeni tədris korpuslarının tikintisi, mütəxəssis hazırlığının keyfiyyətcə yüksəldilməsi istiqamətində görülən işlərdən, perspektiv planlardan danışıb. Söhbət zamanı hər iki universitet arasında ikili diplom məsələsi, tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və ...

LDU-da intelektual yarış keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi davam edir. Növbəti belə tədbir LDU-nun Elmi kitabxanasında keçirilən intellektual yarışma olub. LDU Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən yarışmaya ümumilikdə 29 komanda qatılıb.Komandalar intelektual bacarıqlarını 2 turda nümayiş etdiriblər. Daha yaxşı oyun nümayiş etdirən “001” komandası I, “Edelveys” II, “Xəmsə” komandası III yeri tutub.Yarışmanın sonunda LDU Həmkarlar İttifaqının sədri Vaqif Quliyev çıxış edərək bilik yarışmasında uğur qazanan komandaları təbrik edib, ...

LDU-da “Bədii qiraət” müsabiqəsi keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Bədii qiraət” müsabiqəsi keçirilib. Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Filologiya və ibtidai təhsil fakültəsinin dekanı, dos.Elman Mirzəyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev” ili elan edilməsini haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamını xatırladaraq Lənkəran Dövlət Universitetində bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini qeyd edib. ...

LDU-da turizmlə bağlı maarifləndirici tədbir

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Lənkəran Turizm İnformasiya mərkəzinin əməkdaşlarının birgə tədbiri keçirilib.Tədbirdə çıxış edən Turizm könüllüləri təşkilatının rəhbəri Rəminə Salayeva təşkilata üzv olmağın üstünlüklərindən, regional layihələrdən , gələcəkdə tələbələrin bu sahədə karyera qurması, əsil mütəxəssis kimi yetişdirilməsində və əmək bazarında uğur əldə etməsində təşkilatın rolundan danışıb. Keçirilən tədbirdə “Turizm və otelçilik”, “Turizm işinin təşkili” ixtisasları üzrə bakalavr və magistrlər, regional layihələrin idarə edilməsi üzrə mütəxəssislər, fakültə rəhbərliyi iştirak edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.