Xəbər lenti



 “H.Əliyev və Azərbaycan teatrı” mövzusunda seminar

Lənkəran Dövlət Universiteti (LDU) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirib. “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda keçirilən seminarda teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı LDU-nun kollektivini salamlayıb və açılış üçün sözü Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimova verib.Rektor çıxışına Ümummilli liderin sitatı ilə başlayıb: “Teatr müqəddəs yerdir. İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”. Natiq İbrahimov Ulu öndər Heydər Əliyevin bu sözlərini mədəniyyət ...

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə  Təbriki

Əziz tələbələr, Lənkəran Dövlət Universitetinin hörmətli professor- müəllim-işçi heyəti!On bir ayın sultanı sayılan, müsəlman dünyasının ən əziz bayramlarından olan Ramazan ilahi hikmətlər, barış, əmin-amanlıq, xeyirxahlıq ayıdır. Ramazanı müqəddəsləşdirən dini kitabımız olan Qurani-Kərimin məhz bu ayda Yer üzünə nazil olmasıdır. Ramazan insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aydır.Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman ...

Təbrik edirik!

Bugün Lənkəran Dövlət Universitetində 2022-2023-сü tədris ilinin payız imtahansessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrəAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin(ATİAHİ) “Adlı təqaüd”ü təqdim edilib.Mükafatlarıntəqdimetmə mərasimində Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkili vətəlim texnologiyaları üzrə prorektoru, dos. İdrak Əsgərov, LDU Həmkarlar Komitəsininsədri Vaqif Quliyev çıxış edərək təqaüdə layiq görülən tələbələri təbrik edib,təhsil və universitetin ictimai həyatında uğurlar arzu ediblər. Mərasimdə Təbiyyatfakültəsinin dekanı, dos.Ramiz Şəmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos.GülbənizƏliyeva iştirak ediblər.“Adlıtəqaüd”ə layiq görülən tələbələri ...

LDU-da müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri müzakirə edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Respublika Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin təşkilatçılığı ilə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin son 5 ildəki nəticələrinin təhlili ilə bağlı tədbir keçirilib.Tədbiri LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərov açıb və mövzu ilə bağlı iştirakçıları məlumatlandırıb, eyni zamanda universitetdə bu istiqamətdə son illərdə aparılan işlər barədə danışıb.Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Ülvi İsmayılov bildirib ki, ölkədə müəllimləin işə qəbulu 10 ildən artıqdır ki, müsabiqə əsasında ...

  LDU-da  narkomaniya mövzusunda maarifləndirici  tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə maarifləndirici tədbir keçirilib.Tədbiri LDU-nun Sosial məsələlər üzrə prorektoru, professor Kamran Kazımov açaraq narkomaniyanı bütün əsrlərin ən dəhşətli bəlası adlandırıb və ona qarşı mübarizə tədbirlərinin vacibliyindən danışıb.Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev narkomaniyanın fəsadları, ölkədə və cənub bölgəsində yayılması, gənclərin bu zərərli vərdişə tutulmasının ağır ...

LDU-da Elmi şuranın növbəti iclası keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın iclasını şuranın sədri, universitetin rektoru prof. Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.Elmi şurada ilkin olaraq “Universitetdə imtahan sessiyasının təşkili qaydaları”nın təsdiqi” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərovun məlumatı dinlənilib və geniş müzakirə edilib. Qızğın müzakirədən sonra Elmi şuranın sədri Natiq İbrahimov tələbələrin imtahan sessiyasının keçirilməsi qaydaları, bu sahədə olan yeniliklər barədə ətraflı və operativ məlumatlandırılması üçün fakültə dekanlarına, kafedra müdirlərinə, İKT və kitabxana mərkəzinə, tədris ...

Lənkəran Dövlət Universitetində zona fənn olimpiadası keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib. Keçirilən olimpiadada Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər. Bilik yarışmasına qatılan 400-ə yaxın tələbə və şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara ...

LDU-da 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

LənkəranDövlət Universitetində (LDU) 31 mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Anım tədbirindəuniversitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiriştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. LDU-nunSosial məsələlər üzrə prorektoru, prof.Kamran Kazımov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmişkütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağınvacib olduğunu bildirib. Prorektor qeyd edib ki, Ümummilli lider HeydərƏliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımıhaqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymətverilib və azərbaycanlıların ...

LDU-da Elm günü ilə bağlı tədbir.

Lənkəran Dövlət Universitetində (LDU) Elm günü ilə bağlı keçirilən tədbiri universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev açıb. Bildirib ki, bu günkü tədbir ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğundan məruzə və çıxışlar da ümummilli liderin bu istiqamətdəki fəaliyyəti ilə bağlıdır. Elvin Əliyev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda “Elm günü”nün təsis edilməsi bütövlükdə Azərbaycan elminə, elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının göstəricisidir. Son 5 il ...

LDU –da bayram ovqatlı Novruz şənliyi

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın milli bayramı olan Novruzun gəlişi gözəl bayram tədbiri ilə qeyd edilib. LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyi universitetin rektoru, professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb. Sonra bayramsayağı bəzədilmiş zal universitetin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.