Xəbər lenti



8 Noyabr Zəfər Günü

Lənkəran Dövlət Universitetinin professor, müəllim, tələbə, işçi heyəti 8 Noyabr Zəfər Günü münasibətilə Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət edib.

LDU-da Zəfər ovqatı

Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr-Zəfər Günü münasibətilə universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleclə birgə möhtəşəm musiqili-nəğməli bayram tədbiri keçirilib. Tədbiri universitetin rektoru, prof. Natiq İbrahimov açaraq bütün iştirakçıları bayram münasibətilə təbrik edib, 8 Noyabrı ölkə tarixində ən şərəfli, qürurverici gün, ən əziz bayram adlandırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub, 30 ilə kimi düşmən tapdağında qalan torpaqlarımız geri qayıdıb. Natiq İbrahimov ...

Zəfər Günü ilə bağlı birgə konfrans

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin nəticəsidir” və “Ata vəsiyyəti və inamlı Zəfər” mövzularında konfrans keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin Lənkəran Dövlət Universiteti ilə birgə təşkil etdiyi konfransda rayon ictimaiyyətinin nümayəndələri, LDU-nun professor-müəllim-tələbə heyəti iştirak edib.Konfrans torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfrans iştirakçılarını 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib, qazanılan böyük qələbəni Azərbaycanın son ...

LDU-da növbəti Elmi şura keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. İclası universitetin rektoru, Elmi şuranın sədri prof. Natiq İbrahimov açıb və iştirakçıları qarşıdakı Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu son 200 ilin ən böyük Zəfər tarixini yazıb və sevindirici haldır ki, bu tarix Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Hazırda üçrəngli bayrağımızın Azərbaycanın bütün ərazisində dalğalandığını deyən prof. Natiq İbrahimov 44 günlük Vətən müharibəsində ...

LDU-da Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir

Lənkəran Dövlət Universitetinin (LDU) “Filologiya və ibtidai təhsil” fakültəsində“8 Noyabr Azərbaycanın Zəfər Günüdür” mövzusunda keçirilən tədbiriniştirakçıları ilk öncə torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyiuğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib. Fil.ü.f.d. Mehman Əliyev “Zəfər bayramı dövlətçilik tariximizin qızılsəhifəsi kimi” mövzusunda məruzə edib. Məruzədə Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında Azərbaycan ordusunun qazandığı böyük zəfərdən, onun ədəbiyyatımızdabədii inikasından söz açılıb. Məruzə ətrafında II Qarabağ müharibəsi veteranı , universitetin “İbtidaisinif müəllimliyi” ixtisasının ...

LDU-da Zəfər Günü münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr Zəfər Günü ərəfəsində Qarabağ müharibəsində şəhid olmuş məzunlarımızın ailə üzvləri, universitetdə çalışan və təhsil alan qazi və müharibə iştirakçıları ilə görüş keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. LDU-nun Sosial məsələlər üzrə prorektoru, şəhid atası, professor Kamran Kazımov bildirib ki, qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət ...

İqtisadi mövzuda seminar

Lənkəran DövlətUniversitetinin (LDU) İqtisadiyyat və innovativ idarəetmə kafedrasında növbətielmi seminar keçirilib. Seminarı giriş sözü ilə İqtisadiyyat vəinnovativ idarəetmə kafedrasının müdiri, dosent Aytəkin Əfəndiyeva açıb. Seminarda kafedranın müəllimi Murad Məmmədov “Logistika strategiyası və logistik təşkilatlar” mövzusunda məruzə edib.Məruzədə logistika zəncirinin qurulması və hərəkətverici amilləri təhliledilərək strateji tədarük zənciri, struktur-logistik strategiya, funksional-logistik strategiyaları və logistik təşkilatlarının fəaliyyət modelləriaraşdırılıb. Elmi seminarda respublikada logistikanın inkişafı istiqamətindəson dövrdə aparılan təcrübi işlərdən, bu sahədə olan elmi yeniliklərdən, həllinigözləyən məsələlərdən ətraflı söz açılıb.Elmi seminarın sonunda mövzu ətrafında ...

LDU-da ulu öndərin 100 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummillilider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar daha bir tədbirreallaşıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya vəGeofizika İnstitutu, AMEA-nın Regional Elm Mərkəzi ilə birgə təşkil olunan səyyar elmi sessiyanı giriş sözüilə Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri prof. Mikayıl Məhərrəmovaçıb. Ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində,iqtisadiyyatının bütün sahələr üzrə inkişafında misilsiz xidmətlərindən sözaçan prof. M.Məhərrəmov ümummilli liderin ölkə elminin tərəqqisindəki rolunu daxüsusi dəyərləndirib, bu xəttin prezident İlham Əlyev tərəfindən bu gün uğurla davam etdirildiyini tədbir iştirakçılarının ...

LDU nümayəndə heyəti İstanbul Universitetində olub

LənkəranDövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov başda olmaqla LDU-nunnümayəndə heyəti Türkiyə Cümhuriyyətininİstanbul Universitetində olub. Səmimi və işgüzar şəraitdə keçən görüşdə bu ikiali təhsil ocağı arasında qarşılıqlı əməkdaşlığın yaranması, müəllim-tələbəmübadiləsinin həyata keçirilməsi, ikili diplom layihələri ilə bağlı işlərinbaşlanması, birgə elmi tədbirlərin keçirilməsi və s. müzakirə edilib, xatirə hədiyyələritəqdim olunub.

LDU Türkiyənin Ankara Universiteti ilə əməkdaşlıq edəcək.

Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov başda olmaqla LDU-nun nümayəndə heyəti 24.10.2023-cü il tarixdə Türkiyə Respublikasının Ankara Universitetində işgüzar səfərdə olub. Nümayəndə heyətinin üzvləri ilk öncə Ankara Universitetinin rektoru prof. Necdet Ünüvarla görüşüblər. Mehribanlıq və səmimilk şəraitində keçən görüş zamanı universitetlər arası əlaqələrin möhkəmləndirilməsi ətraflı müzakirə olunub, əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi edilib.Səfər zamanı Ankara Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında təhsil, akademik və mədəni əməkdaşlıq sahəsində əməkdaşlıq protokolu imzalanıb. Əməkdaşlıq protokuluna əsasən bu iki ali təhsil ocağı arasında ...