Xəbər lenti



LDU-da baytarlıq  mövzusunda  elmi seminar keçirilib.

Lənkəran Dövlət Universitetinin (LDU) “Aqrar və mühəndislik”fakültəsində Türkiyə CümhuriyyətininKafkas Universitetindən gələn mütəxəssis müəllimlərin iştirakı ilə baytarlıqmövzusunda elmi seminar keçirilib. Tədbiri fakültənin dekanı, dos. BalayarŞahbazov açıb və son illərdə türkiyəli alim-mütəxəssislərin birgə iştirakı iləkeçirilən elmi seminarların LDU-nun baytarlıq ixtisasında təhsil alan tələbələri üçün böyük önəm daşıdığını deyib. Türkiyənin Kafkas Universitetininbaytarlıq fakültəsinin müəllimi, prof. dr. İsa Özaydın “Atların artikulyasiyabiomexanikasında sinovial mayenin rolu”mövzusunda geniş məruzə edib. Prof. dr. İsa Özaydın təqdimatında atlardaoynaqların anatomik quruluşu və biomexaniki xüsusiyyətləri haqqında məlumat verərək oynaqlardakı ...

LDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının  32-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində(LDU) Azərbaycanındövlət müstəqilliyinin bərpasının 32-ci ildönümü ilə bağlı keçirilən tədbirtorpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərinvə Ulu öndər H.Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi iləbaşlanıb. LDU-nun “Tədrisin təşkili və təlim texnologiyaları”üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov tədbir iştirakçılarınısalamlayaraq rektor, prof.Natiq İbrahimovun adından təbrik edib. Bildirib ki, 32il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqındaKonstitusiya Aktını qəbul edib.2021-ci il oktyabrın 15-də Milli Məclis Prezidentİlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib.Qanuna əsasən, ...

LDU-da  “Azərbaycan mətbəxi türk mətbəx mədəniyyətinin təcəssümü kimi” mövzusunda  elmi-praktiki konfrans və milli mətbəx festivalı keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycan mətbəxi türk mətbəx mədəniyyətinin təcəssümü kimi” mövzusunda elmi-praktiki konfrans keçirilib. Universitetin Elmi kitabxanasında düzənlənən konfrans öz işinə vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin və Ümummmili lider H.Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.LDU, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Azərbaycan Milli Kulinariya Assosasiyasının birgə təşkilatçılığı ilə keçirilən Elmi praktiki konfransı Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb. Rektor açılış nitqində iştirakçıları salamlayaraq elmi-praktiki konfransın olduqca maraqlı mövzuya həsr ...

LDU-da elmi seminar keçirilib

LənkəranDövlət Universitetinin (LDU) “Aqrar və mühəndislik” fakültəsində baytarlıqmövzusunda elmi seminar keçirilib.Seminarı giriş sözü ilə fakültənin dekanı, dos. Balayar Şahbazov açıb. TürkiyəninKafkas Universitetinin Baytarlıq fakültəsinin professoru, doktor Yavuz Öztürklər"Heyvandarlıqda biotexnoloji inkişaf" mövzusunda geniş məruzə edib.Məruzədə heyvandarlığın biotexnoloji inkişafı istiqamətində aparılan təcrübiişlərdən, bu sahədə olan elmi yeniliklərdən, həllini gözləyən məsələlərdəndanışılıb, müəllim və tələbələrlə ətraflı fikir mübadiləsi edilib. Elmiseminarın moderatorları sözügedən universitetin professoru İsa Özaydın, dr.Murat Can Dəmir olub. Seminardafakültənin “Baytarlıq və aqrar elmləri” kafedrasının professor-müəllim heyəti,Türkiyənin Kafkaz Kars Universitetindən gələn ...

LDU-da “Meksikanın tarixi və memarlıq irsi” foto-sərgisinə baxış olub.

Meksika BirləşmişŞtatlarının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Lənkərana səfəri çərçivəsindəLənkəran Dövlət Universitetində (LDU) olub. Xanım səfiri LDU-nun rektoru, prof.Natiq İbrahimov qəbul edib. Qarşılıqlı səmimiyyət və işgüzarlıq şəraitində keçəngörüşdə hörmətli qonağa Lənkəran Dövlət Universiteti barədə ətraflı məlumatverilib. Xanım səfirləgörüş zamanı Meksikadaki universitetlərlə əməkdaşlığın qurulmasi, ikitərəfli elmitədqiqatların aparılması, tələbə təqaüd proqramlari ətrafında muzakirələr aparılıb. Söhbət zamanı cənabsəfir bildirib ki, LDU-da aqrar yönümlüixtisaslarda tələbə hazırlığından məlumatlıdır və bu istiqamətin daha da inkişaf etdirilməsi üçün universitetə dəstək olmaga hazirdir.Görüşdən sonra ...

“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində  görüş

Lənkəran Dövlət Universitetində “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində tələbə və müəllim heyəti ilə görüş keçirilib.Görüşdə Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi açılış nitqi ilə çıxış edərək “Stipendium Hungaricum” təqaüd proqramı barədə ümumi məlumat verib. Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşı Niftalı Qasımlı Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsillə bağlı təqdimat edib. Görüşdə həmçinin “Stipendium Hungaricum” təqaüd proqramı məzunları, “Azərbaycan–Macarıstan Məzunları” İctimai Birliyinin üzvləri də çıxış ediblər.Oktyabrın 4-dən başlayaraq 20-dək davam edəcək layihə Macarıstanın ...

Tələbələrlə görüş

AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətininDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İnsanResursları departamentinin direktoru Rauf Abbasov, Xidmətin Sənədlərlə iş şöbəsininmüdiri Vüsalə Əliyeva və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı ərazi idarəsininmüdiri İmran Əzizov Lənkəran Dövlət Universitetinin sonuncu tədris ili tələbələriilə görüşüb. Görüşdətələbələrə ödənişsiz təcrübə keçmələri, işlə təmin olmaq imkanları, layihə çərçivəsindəcari ildə işə götürənlər barədə ətraflı məlumat verilib.Sondatələbələri maraqlandıran suallar xidmət əməkdaşları tərəfindən cavablandırılıb.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Beynəlxalq Müəllim Günü münasibəti ilə Təbriki

5Oktyabr ən şərəfli, müqəddəs peşə sahibləri olan müəllimlərin bayramıdır. Müəllimən böyük bağbandır, sönməyən günəşdir, yanan ürəkdir. “Müəllimlik,hər şeydən əvvəl, bir Tanrı sənətidir”(Platon). Əsrlərboyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə,inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllimsözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadəedib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinəbənzəməyə çalışıblar.Bugün böyük fəxr və iftixar hissi ilə deyə bilərik ki, məhz müəllim ordusunun yetişdirdiyi gənc nəsiltorpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda ...

Anım günü

Lənkəran Dövlət Universitetində 27 sentyabr “Anım günü” ilə əlaqədar silsilətədbirlər keçirilib. Tədbirlərdə vətənimizin müstəqilliyi, torpaqlarımızınazadlığı uğrunda qurban gedən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yadedilib. Tədbirdə çıxış edənlər 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanİlham Əliyev cənablarının uğurlu siyasəti, Xalq-Ordu birliyi, əsgərlərimizin misilsiz şücaəti barədəətraflı söz açıblar. Bildirilib ki, 27 sentyabr 2020-ci il səhər saatlarındaErmənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonadayerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşətutub. 44 gün davam edən müharibə ərzindəAzərbaycan ordusunun misilsiz döyüş qüdrəti, Ali ...

LDU-da  15 sentyabr Bilik Günü təntənəsi.

Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Günü tədbirini LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik edib. Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, lazımi qayğı ilə əhatə olunacaqlarını deyib. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da ...