Xəbər lenti



Lənkəran Dövlət Universitetində yeni yataqxana istifadəyə veriləcəkdir.

Lənkəran Dövlət Universiteti ənənəsinə sadiq qalaraq hər tədris ilində olduğu kimi bu il də tələblərini möhtəşəm yeniliklərlə qarşılayır. Belə ki, bu il LDU-da oğlan tələbələr üçün nəzərdə tutulmuş 5 mərtəbəli müasir tələblərə cavab verən yeni 250 yerlik yataqxana binası istifadəyə veriləcəkdir. Yataqxana 2 saylı tədris korpusunun ərazisində yerləşir. Otaqlar 2 nəfərlikdir.

Elmi şurada yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib.

Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şura yeni-2023/2024-cü tədris ilində ilk iclasını keçirib. Elmi şuranı universitetin rektoru, prof. Natiq İbrahimov açaraq iclas iştirakçılarını və LDU-nun bütün kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və gündəliyi açıqlayıb. İclasın gündəliyi təsdiqlənəndən sonra məsələlərin müzakirəsinə başlanılıb. İlk olaraq “Universitetin yeni strukturunun təsdiqi və əmək haqlarının artırılması haqqında” Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Bildirib ki, universitetdə cari tədris ilindən ümumilikdə əmək haqqı fondu 13.5% artırılır.Tədrisin təşkili ...

LDU-da yeni tələbə yataqxanası cari tədris ilində  istifadəyə hazır olacaq

Lənkəran Dövlət Universiteti (LDU) tələbələrinə xoş müjdəmiz var. 2023/2024-cü tədris ilində oğlan tələbələr müasir tələblərə cavab verən yeni- 250 yerlik yataqxana binasından istifadə edə biləcəklər. Nəzərə alanda ki, hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından 5400 tələbə təhsil alır və daha 2000 nəfərin yeni tədris ilində bu ali təhsil ocağına qəbulu gözlənilir, onda oğlan tələbələri üçün yeni tələbə yataqxanasının istifadəyə verilməsinin necə böyük əhəmiyyət kəsb etdiyi aydın görünür.Qeyd edək ki, yeni yataqxana binası universitetin II saylı korpusunda ...

Hədəflər yüksək, uğurlar böyük

Müsahibimiz Lənkəran Dövlət Universitetinin rektoruprofessor Natiq İbrahimovdur Bu il Lənkəran Dövlət Universitetini (LDU) bakalavriat səviyyəsiüzrə 880, magistratura səviyyəsi üzrə 145 nəfər bitirdi. Artıq növbəti tədrisili üçün plan yerlərinin sayı da, görüləcək işlərin planları da hazırdır. LDUelə bu ildən başlayaraq dünya universitetlərinin olduğu siyahılara düşməyə,dünyanın müxtəlif yerlərindən oxumaq üçün Azərbaycana gələnlərin diqqətini cəlbetməyə çalışacaq. Rektor, professor Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinəhəm növbəti tədris ili üçün planlardan, həm də gələcək hədəflərdən bəhs edib. İş şəraitini ildən-ilə yaxşılaşdırırlar - Geridə qoyduğumuz tədris ili ...

 LDU əməkdaşları beynəlxalq təlimlərdə iştirak edib

Bakı Biznes Univeristetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” - ECAR Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərində baş tutub. 10-14 iyul tarixlərini əhatə edən səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsi olub. Səfərdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ...

 Təhsil Tələbə Krediti Fondu  maarifləndirici tədbir keçirib

Tələbə Təhsil Kredit Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verilib. Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında təşkil edilən ilk tədbirdə tələbələr, yuxarı sinif şagirdlərinin valideynləri və məktəb müəllimləri iştirak edib. Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin Beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, Təhsil Tələbə Krediti Fondunun əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından söz açıb.“Regional ...

LDU əməkdaşları İspaniyanın Leon Universitetində

Lənkəran Dövlət Universitetinin (LDU) “Xarici dillər və Tərcümə” kafedrasının müdiri Haşım Əkbərov, universitetin Qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsinin rəhbəri Nəzrin Hüseynli, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Cavidan Əliyev İspaniya Krallığında ezamiyyətdə olublar. Səfər İspaniyanın Leon Universiteti ilə imzalanmış müqaviləyə əsasən Erasmus+ KA171 layihəsi çərçivəsində təşkil olunub. Səfər müddətində LDU əməkdaşları ixtisasları üzrə Leon Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və kollektivi ilə görüşüb, ali təhsil ocağının xarici əlaqələri və beynəlxalq təhsil proqramları ilə tanış edilib. Universitetin tərkibindəki ...

LDU beynəlxalq əlaqələrini genişləndirir

Lənkəran Dövlət Universiteti və Polşanın Varmiya və Mazuri Universiteti ilə imzalanmış Erasmus+ KA171 müqaviləsi çərçivəsində Polşanın Varmiya və Mazuri Universitetinin Geomühəndislik fakültəsinin dosenti Kristina Kurovska akademik işlərlə tanışlıq məqsədilə LDU-da olub, universitetin "İqtisadiyyat və idarəetmə", “Aqrar və mühəndislik” fakültələrini, eləcə də, Beynəlxalq əməkdaşlıq şöbəsini ziyarət edib, universitetin rektoru prof. Natiq İbrahimovla görüşüb. Səfər çərçivəsində dos.Kristina Kurovska tədris proqramı, imtahan prosesi və laboratoriyalarla tanış olub, LDU əməkdaşlarına Varmiya və Mazuri Universiteti haqqında məlumatlandırma sessiyası keçirib. Bundan əlavə, proqram çərçivəsində ikili ...

Kollektiv gəzintidən xoş təəssüratla

Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi hər ilki ənənəsinə sadiq qalaraq 2022/2023-cü tədris ilini də möhtəşəm yay gəzintisi ilə yekunlaşdırıb. Universitetin rektoru, professor Natiq İbrahimov başda olmaqla proffesor-müəllim-işçi heyəti Lənkəranın dağlıq ərazisində salınmış istirahət məkanlarına səfər edib. Universitet rəhbərliyi və LDU Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, maliyyə dəstəyi ilə ərsəyə gələn gəzintidə kollektivin arzu edən üzvlərinin hamısı iştirak edib.Talış dağlarının qoynunda salınmış istirahət məkanları öz əsrarəngiz gözəlliyi ilə gəzintiyə qatılanlara gözəl əhval-ruhiyyə, xoş ovqat bəxş edib. Təbiətin bütün gözəlliklərinin vəhdət təşkil ...

LDU-da unudulmaz “Məzun günü”

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Universitetin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq LDU-nu bitirən bütün məzunları təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb. Prof.Natiq İbrahimov LDU-nun 2022/ 2023-cü tədris ilində qazandığı uğurlardan söz açarkən universitetin 30 illik yubileyinin təntənə ilə keçirilməsini ilin ən ələmətdar hadisəsi kimi dəyərləndirib. Bildirib ki, LDU-nun fəaliyyəti dövründə ilk dəfə olaraq ...