Geri

15/10/19

LDU Ukrayna universiteti ilə əməkdaşlıq edəcək.


LDU Ukrayna universiteti ilə əməkdaşlıq edəcək.
Lənkəran Dövlət Universiteti(LDU) ilə Ukraynanın Xerson Dövlət Aqrar Universiteti arasında təhsil sahəsində əməkdaşlıq barədə ikitərfli müqavilə imzalanıb.Müqaviləyə əsasən tərəflər birgə elmi tədqiqatların
aparılmasını, akademik heyətin 1 və ya 2 semesterlik
mübadiləsini, birgə elmi məqalələrin nəşrini və mübadiləsini, beynəlxalq
simpoziumların, konfransların və digər akademik görüşlərin təşkilini
həyata keçirəcəklər.
Müqaviləni Lənkəran Dövlət Universiteti tərəfdən LDU-nun rektoru vəzifəsini icra edən prof.
Natiq İbrahimov və Xerson Dövlət Aqrar Universitetinin rektoru, prof. Y.
E. Kirilov imzalayıblar.
Universitetlər arasında əməkdaşlıq barədə ikitərəfli müqavilə 5 il müddətində qüvvədə qalacaq.

LDU Ukrayna universiteti ilə əməkdaşlıq edəcək.


Mənbə:
Paylaş: