Geri

09/12/19

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq.


Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Azərbaycan dili milli varlığımızdır” adlı inşa müsabiqəsinin qalibləri bəlli olub. “Azərbaycan dili ,ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisas qrupları arasında keçirilən inşa müsabiqəsində I yeri həmin ixtisasın 3-cü tədris ili tələbəsi Mərziyə Nuriyeva, II yeri 2-ci tədris ili tələbəsi Fidan İbrahimzadə, III yeri 3-cü tədris ili tələbəsi Rabiyə Mirzəyeva tutublar.Sözügedən ixtisasın II tədris ili tələbəsi Fidan İmanzadə həvəsləndirici yerlə kifayətlənib.
İnşa müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar.
İnşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq.


Mənbə:
Paylaş: