Geri

25/12/19

LDU-da “Samsung” Virtual Tədris Mərkəzinin açılışı olub.


Lənkəran Dövlət Universitetində (LDU) “Samsung” Virtual Tədris mərkəzi” nin açılışı olub.Açılış mərasimində “Nərgiz” Xeyriyyə Fondunun və “Samsung” şirkətinin təmsilçiləri,universitetin professor-müəllim-tələbə heyəti iştirak edib.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq qonaqları salamlayıb və iştirakçılara mərkəz barədə məlumat verib.Bildirib ki, tədris mərkəzi “Nərgiz” Xeyriyyə Fondunun və elektron qurğuların istehsalı və satışı üzrə dünyada tanınan “Samsung” şirkətinin maliyyə dəstəyi ilə ölkədə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Lənkəran Dövlət Universitetində yaradılıb. Mərkəzdə bütün fənnlər üzrə tədrisin yüksək səviyyədə və müasir metodlarla təşkili, eləcə də ,dünyanın rəqəmsal təhsil resurslarına əlyetənliyin təmin edilməsi üçün lazımi şərait yaradılıb. Mərkəz İnformasiya-Kommunikasiya Texnologiyalarının tədrisə tətbiqi üzrə son model aparat və proqramlarla təchiz edilib, geniş zolaqlı texnologiyalar vasitəsi ilə internet şəbəkəsinə qoşulub və müvafiq mebel dəsti ilə təmin olunub.Natiq İbrahimov qeyd edib ki, mərkəzin imkanlarından təlim-tədris fəaliyyəti ilə yanaşı, müxtəlif elmi tədbirlərin –onlayn seminar və konfransların təşkili və keçirilməsi, eləcə də, tələbələrin, professor-müəllim heyətinin dünyanın elektron kitabxana resurslarına çıxışının təmin edilməsi məqsədilə də geniş istifadə olunacaq.Universitet rəsmisi bütün kollektiv adından mərkəzin təşkilində zəhməti olanlara minnətdarlıq bildirib ,bunu ölkədə təhsilin inkişafına böyük qayğı kimi dəyərləndirib.
Tədbirdə “Nərgiz” Xeyriyyə Fondunun layihə meneceri Nərmin Məmmədova çıxış edərək bildirib ki, layihənin məqsədi regionda oxuyan tələbələri müasir texnologiyalara daha yaxın etmək,texnoloji yeniliklərə maraqlarını artırmaq,tədris prosesini daha interakaktiv etməkdir. “Samsung” Şirkətinin Azərbaycan nümayəndəliyinin marketinq rəhbəri Cavadxan Babayev,Lənkəran Şəhər İcra Hakimiyyətinin təmsilçisi Asif İmanlı Virtual Tədris Mərkəzinin bölgədə ali təhsilin inkişafına yeni texniki imkanlar açdığını,müəllim və tələbələr üçün olduqca səmərəli olacağını bildiriblər. LDU-nun tələbələri belə bir mərkəzin məhz bölgədə-Lənkəran Dövlət Universitetində açılmasına görə təşkilatçılara,bu işdə əməyi olanlara minnətdarlıq ediblər.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərkəzlə əyani tanışlıq olub.

LDU-da “Samsung” Virtual Tədris Mərkəzinin açılışı olub.


Mənbə:
Paylaş: