Geri

03/03/20

8 Mart – Beynəlxalq Qadınlar Bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun LDU –nun qadın əməkdaşlarına Təbriki.


Qadınlar dünyanın bəzəyi, yer üzünün çiçəkləridir.Qadın gülürsə, bütün bəşəriyyət gülür, qadının əli dəyən hər yer çiçəyə bürünür, cənnətə dönür. “Cənnət anaların ayaqları altındadır” deyimi də təsadüfi deyil.Çünki, anaların ayağı dəyən daşlıq da gülüstana çevrilir, nəfəsi Günəş qədər hərarətlidir, laylası bir ömür boyu övlada səadət nəğməsi, xoşbəxtlik alqışıdır bu ilahi məxluqun.

Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır.Qadın cəmiyyətin aparıcı qüvvəsidir.Bütün ziyalıları , dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir.Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq.Ölkəmizin qazandığı uğurlarda qadınlarımızın zəhməti danılmazdır.Bu gün Azərbaycan qadını dövlətin idarə olunmasında fəal iştirak edir,qanunverici orqanlarda təmsil olunur,idman arenalarında Azərbaycan bayrağını şərəflə dalğalandırır, ictimai-iqtisadi, sosial,siyası sahələrdə böyük uğurlara imza atır.Bir sözlə, Azərbaycan qadını ana olmaqla yanaşı, həm də cəmiyyətin ən fəal üzvüdür.

Lənkəran Dövlət Universitetində yüzlərlə qadın çalışır, tələbələrimizin böyük əksəriyyətini qızlar təşkil edir.Qazandığımız uğurlarda onların da payı az deyil.Buna görə də sizə minnətdarıq, əziz qadınlar!

8 Mart sizin gününüzdür.DU-nun dəyərli xanımları- işçilər, müəllimlər, tələbələr -hamınızı 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı bildirirəm.

Bayramınız mübarək!

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən.
8 Mart – Beynəlxalq Qadınlar Bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun LDU –nun qadın əməkdaşlarına  Təbriki.


Mənbə:
Paylaş: