Geri

02/10/20

Qarabağ Azərbaycandır!


Azərbaycan öz torpaqlarını işğalçı Ermənistanın silahlı birləşmələrindən azad etdikcə rəsmi Yeravanın militarist bəyanatları da çoxalır. Ermənistanın indiki siyası –hərbi rəhbərliyinin bu cür cılız və məsuliyyətsiz bəyanatları 30 ildir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Rəsmi Yeravanın bu mövqeyi ümumilikdə Qafqaz bölgəsində gərginliyin artmasına gətirib çıxarmışdır. Son günlər rəşadətli ordumuzun apardığı uğurlu əməliyyatlar düşmənin son nəfəsinin olduğunu göstərir. Erməni qəsbkarları həmişəki xislətlərinə sadiq qalaraq, mülki vətəndaşları hədəfə alırlar. Düşmənlərimiz bununla Azərbaycanda müəyyən çaxnaşmaların yaranmasına nail olacaqlarını düşünürlər. Amma unudurlar ki, həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqı özünün Ali baş Komandanının, ordusunun yanındadır və bu xalqın əzmini heç nə ilə qırmaq mümkün deyil.
Çalışdığım Lənkəran Dövlət Universitetinin qadın əməkdaşları adından deyə bilərəm ki, bü gün Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz tərəfindən torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi əməliyyatını dəstəkləyir və hər an ölkə başçımızın yanında olduğumuzu bəyan edirik. Qeyd etmək lazımdır ki, bu birlik AXCP və Musavat partiyaları kimi düşmən dəyirmanına su daşıyan bir sıra qüvvələrin xoşuna gəlmir. Əgər belə olmasa idi, AXCP və Musavat partıyaları bu birliyi görər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyası dialoq çağrışına vaxtında cavab verərdilər.
Allah müzəffər ordumuzun əsgərlərini qorusun, məhz onların şücaəti hesabına biz qısa bir zamanda torpaqlarımızın işğaldan azad olunduğu günü – Qələbə gününü qeyd edəcəyik. Dərsliklərimizdə məhz bu tarixlər öz əksini tapacaqdır.
HAYDI İRƏLİ, AZƏRBAYCAN ƏSGƏRİ!
Arəstə Həbibova
LDU-nun Təbiyyat fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini.

Qarabağ Azərbaycandır!


Mənbə:
Paylaş: