Geri

13/10/20

Düşmənin hədəf aldığı məktəblilər.


Təhsil Nazirliyi Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan məktəblilərin fotolarını yayıb. Ermənistanın dinc əhaliyə hücumları zamanı 3 məktəbli həlak olub. Onlar Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kənd orta məktəbinin 9-cu sinif şagirdi Fidan Qurbanova və həmin məktəbin 7-ci sinif şagirdi Şəhriyar Qurbanov, Ağcabədi rayonu Taynaq kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərovdur.
Həmçinin, oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir. Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.

Düşmənin hədəf aldığı məktəblilər.


Mənbə:
Paylaş: