Geri

27/09/19

ADA əməkdaşları LDU –da olub.


Respublikamızın ən nüfuzlu ali təhsil ocaqlarından olan ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində (LDU) olublar.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara LDU barədə ətraflı məlumat verib.Son illərdə təhsilin səviyyəsinin artırılması sahəsində aparılan çoxşaxəli işlərdən söz açıb,Avropa , Türkiyə və respublika daxilindəki universitetlərlə birgə aparılan layihələrdən, onların uğurlu nəticələrindən danışıb, yeni ixtisasların açıldığını, laboratoriyaların alındığını, tədris-təcrübə bazasının yaradıldığını, professor-müəllim heyəti üçün xidməti mənzillərin tikilərək istifadəyə verildiyini deyib.Bildirib ki, hal-hazırda universitetdə yeni yataqxana binası və əlavə tədris korpusu inşa edilir.

ADA-nın qəbul şöbəsinin məsul əməkdaşı Leyla Əliyeva təmsil etdiyi ali təhsil ocağı barədə ətraflı danışıb, bildirib ki, əsas məqsədləri diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları, sistem mühəndisliyi və s. üzrə ixtisaslı kadr hazırlamaqdır.

ADA universitetinin əməkdaşları LDU-da təhsil alan sonuncu kurs tələbələri ilə də görüş keçiriblər.Universitetin qəbul şöbəsinin əməkdaşı Leyla Əliyeva tələbələrə təmsil etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib, magistratura ixtisasları, qəbulun şərtləri barədə danışıb.

Tələbələr ADA universitetin müəllimi Turan Nağıyevanın “İnnovasiya və sahibkarlıq” mövzusunda məruzəsini maraqla dinləyiblər. Diskussiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlara LDU-nun xatirə hədiyyələri təqdim olunub.

ADA əməkdaşları LDU –da olub.


Mənbə:
Paylaş: