Geri

11/01/21

LDU-da imtahan sessiyasına start verildi.


Lənkəran Dövlət Universitetində (LDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gündən- 11 yanvar 2021-ci il tarixdən start verilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.12.2020-ci il tarixli əmrini rəhbər tutaraq Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bununla bağlı müvafiq əmr imzalayıb.Əmrə əsasən 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 11.01.2021-ci il tarixdən 06.02.2021-ci il tarixinədək distant formada keçiriləcək.
İmtahanda fənn üzrə elektron biletdə olan sualların cavablandırılması və həmin cavabların elektron formada şəxsi kabinetə yerləşdirməsi üçün hər bir tələbəyə 2 saat 30 dəqiqə vaxt nəzərdə tutulub. Fənlər üzrə imtahanın nəticələri (aralıq qiymətləndirmə) maksimum 50 balla (hər imtahanın cavabı maksimum 10 balla olmaqla) qiymətləndiriləcəkdir.
İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə Operativ qərargah və Apellyasiya komissiyası yaradılıb.Qərargahın əlaqə telefonları 25-5-27-86, 25-5-24-17 müəyyən edilib. İmtahan nəticələri elan olunduqdan sonra aralıq qiymətləndirmənin nəticəsindən narazı qalan tələbələr lsuapellyasiya@gmail.com e-mail ünvanına müraciət edə bilərlər. Həmin müraciətlər mütəxəssis müəllimlərin və kafedra müdirinin iştirakı ilə operativ araşdırılacaq və nəticəsi barədə tələbəyə məlumat veriləcəkdir.

LDU-da imtahan sessiyasına start verildi.


Mənbə:
Paylaş: