Geri

02/02/21

Lənkəran Dövlət Universiteti Mətbuat xidmətinin məlumatı


Dünən günün ikinci yarısından başlayaraq Lənkəran Dövlət Universiteti tələbələrinin universitet rəhbərliyinin göstərişi əsasında rayon polisi tərəfindən saxlanılması ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda həqiqəti əks etdirməyən məlumatlar, heç bir əsası olmayan yalan informasiyalar yayılır.
Məsələ ilə bağlı bildiririk ki, 29.01.2021-ci il tarixdə Tələbə Güc Mərkəzi adlı qurumdan Lənkəran Dövlət Universitetinin rəsmi elektron poçt unvanına məktub daxil olub ki, universitetin müəllimi, “Əski əlifba” fənnini tədris edən İlahə Seyfullayeva kollekvium yazılarını yoxlayarkən tələbələrin biliyini aşağı balla qiymətləndirib. Universitet rəhbərliyi məsələni operativ araşdırmış, tələbələrə muvafiq cavab verilmişdir ( Cavab əlavə olunur). Universitetin rəsmi cavabını Tələbə Güc Mərkəzi özünün facebook səhifəsində də paylaşmışdır. Qeyd edək ki, “Əski əlifba” fənnindən kollekvum nəticələrindən yalnız iki tələbə Appeliyasiya Komissiyasına müraciət etmiş və onların yazı işləri digər mütəxəssislər tərəfindən yoxlanılmış və nəticələr təsdiqlənmişdir. Həmin fənn üzrə imtahan yazı işləri də araşdırılmış və bütün tələbələr müvəffəq qiymət almışlar.

Tələbə Güc Mərkəzini təmsil edən iki tələbənin( Onlardan biri-Orxan İskəndərli LDU-nun tələbəsidir) universitet rəhbərliyinin şikayəti əsasında polis tərəfindən saxlanılması tamamilə yalandır və heç bir məntiqə sığmır.Çünki həmin tələbələr universitetin binasına gəlməyiblər, rektorla və digər rəsmi şəxslərlə görüşməyiblər, heç bir insident yaşanmayıb.
Əgər rayonun hüquq mühafizə orqanları universitetdən kənarda hər hansı şəxsləri, və ya tələbələri saxlayıbsa, buna görə birbaşa universitet rəhbərliyini günahlandırmaq heç bir məntiqə sığmır. Çünki, qiymətindən narazı qalan tələbələr bütün semestrlərdə olub və bu məsələ qanunla, Apelyasiya komissiyasında həllini tapıb.
Bütün media mənsublarından, sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, məsələyə birtərəfli deyil, obyektiv yanaşsınlar.Unutmasınlar ki, şikayətçi həmişə haqlı deyil...

Lənkəran Dövlət Universiteti Mətbuat xidmətinin məlumatı


Mənbə:
Paylaş: