Geri

27/09/19

Lənkəran Dövlət Universitetində “Yeni il karnavalı”.


Lənkəran Dövlət Universitetində (LDU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2019-cu il münasibəti ilə möhtəşəm “Yeni il karnavalı” keçirilib.Lənkəran Dövlət Humanitar kolleci ilə birgə keçirilən bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və bütün iştirakçılara xoş bayram arzularını çatdırıb.Universitet rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Yeni il tədbirində 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən yubilyar müəllimlərə fəxri-fərmanlar təqdim edilib.

Şaxta baba və Qar qızın qonaq olduğu “Yeni il karnavalı” şux , şaqraq mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yaddaqalan olub, iştirakçılara xoş bayram əhval ruhiyyəsi bəxş edib .Bir neçə saat davam edən karnavalda Lənkəran Dövlət Universitetinin və Lənkəran Dövlət Humanitar Kollecinin istedadlı tələbələri maraqlı konsert proqramı nümayiş etdiriblər.

Sonda professor Natiq İbrahimov tədbirin təşkilatçılarına,maraqlı musiqi nömrələri ilə çıxış edən gənc istedadlara minnətdarlıq bildirib.

Qeyd edək ki, yeni il və 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Lənkəran Dövlət Universiteti bütün kollektivinə pul mükafatları verilib.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Lənkəran Dövlət Universitetində “Yeni il karnavalı”.


Mənbə:
Paylaş: