Geri

27/09/19

LDU-da 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü qeyd edilib.


Lənkəran Dövlət Universitetində (LDU) keçirilən bayram tədbirini universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov açıb.Tədbir iştirakçılarını 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə universitet rəhbərliyi adından təbrik edən dosent İdrak Əsgərov bu günü Azərbaycan tarixinin şanlı səhifəsi kimi dəyərləndirərək ölkə başçısı cənab İlham Əliyevin 15 illik fəaliyyəti dövründə qazanılmış böyük uğurlardan söz açıb, müstəqil dövlətdə yaşayıb çalışmağın hər bir vətəndaş üçün qürurverici olduğunu deyib. 18 oktyabr Dövlət Müstəqillk günü ilə bağlı geniş məruzəni humanitar fakültənin dekanı , tarix üzrə fəlsəfə doktoru, dosent Kamal Mahmudov təqdim edib. Məruzəçi müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan çətin olduğunu xüsusi vurğulayaraq, ümummilli lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə apardığı çoxşaxəli fəaliyyətdən danışıb, müstəqil Azərbaycanın qazandığı uğurlardan söz açıb. Universitetin tələbəsi Aytac Tacibzadə məruzəsində xalqımızın dövlət müstəqilliyi əldə etmək uğrunda apardığı keşməküşli mübarizə yolundan danışarkən 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin Sessiyasında qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını xalqımız üçün taleyüklü sənəd adlandırıb.
LDU-da 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü qeyd edilib.


Mənbə:
Paylaş: