Geri

27/09/19

LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masada Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (AMEA) tanınmış elm xadimləri , LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçılar iştirak edib. Tədbiri universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb və bütün iştirakçıları bu il ilk dəfə keçirilən Elm günü münasibəti ilə təbrik edib.Professor Natiq İbrahimov Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının ölkədə elmin inkişafına təkan verəcəyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açacağını , gənc tədqiqatçıların yetişməsinə stimul yaradacağını bildirib.Lənkəran Dövlət Universitetində son illərdə bu istiqamətdə görülən işlərdən söz açan universitet rəsmisi elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə , yaxın vaxtlarda gənc tədqiqatçıların qazandığı uğurlardan universitetin və ölkə elminin bəhrələnəcəyinə əminliyini ifadə edib.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru, texnika elmləri doktoru, akademik Ramiz Məmmədov, Mikrobiologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, akademik Məmməd Salmanov,İqtisadiyyat İnstitutunun professoru, iqtisad elmləri doktoru Təbriz Əliyev ,Lənkəran Regional Elm Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev, LDU-nun professorları- filolofiya elmləri doktorları Yədulla Ağazadə, Məsud Məmmədov və s. elmin müxtəlif sahələrinə aid məruzə və çıxışlarında təmsil etdikləri qurumların bu istiqamətdə fəaliyyətindən, elmin inkişaf mərhələlərindən, dünyada və ölkədə bu sahədə gedən proseslərdən ətraflı bəhs ediblər.Çıxışçılar ölkədə elmin inkişafı istiqamətində dövlət səviyyəsində aparılan işlərdən, təmsil etdikləri qurumların qazandığı uğurlardan, həllini gözləyən problemlərdən danışaraq qarşılıqlı fikir mübadiləsi aparıblar,həmçinin LDU-nun kitabxanasına xeyli sayda elmi ədəbiyyat hədiyyə ediblər.

Tədbiri yekunlaşdıran professor Natiq İbrahimov Dəyirmi masada fəal iştirak edən məruzəçilərə minnətdarlıq bildirib və təşəkkürnamələr təqdim edib.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.


Mənbə:
Paylaş: