Geri

27/09/19

LDU-da yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib.


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyi istiqamətində növbəti maarifləndirici tədbir Lənkəran Dövlət Universitetində təşkil olunub. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə” dair 2019-2023-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı təşkil edilən tədbir “Yol hərəkəti təhlükəsizliyinin təbliği və təşviqinə” həsr edilib.

Tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev bu cür maarifləndirici tədbirlərin piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. E.Vəliyev daha sonra tələbələrə yollarda quraşdırılan nişanların, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb, təhlükəsizlik qaydalarını izah edib. Qəzaların yaranma səbəbi, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar, hər birinin məsuliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarının yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandırılıb.

LDU-da yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib.


Mənbə:
Paylaş: