Geri

27/09/19

LDU-da Respublika Günü qeyd edilib.


28 May Respublika Günü Lənkəran Dövlət Universitetində (LDU) əsl bayram coşqusu və təntənəsi ilə qeyd edilib.Universitetin Böyük Akt zalında keçirilən bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları 28 May-Respublika Günü münasibətilə təbrik edib. Respublika gününün mahiyyətindən,xalqımızın tarixində oynadığı müstəsna roldan danışan Natiq İbrahimov müstəqil dövlətdə yaşayıb işləməyin ən böyük xoşbəxtlik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb,xalqımızın bu yolda apardığı mübarizədən ətraflı bəhs edib,gəncləri müstəqil dövlətimizin tərəqqisi yolunda fəal iştiraka və dövlətçiliyimizin inkişafına yeni töhfələr verməyə çağırıb.

Təbrik nitqindən sonra başa çatmaqda olan tədris ili ərzində universitetin ictimai həyatında fəal iştirak edən tələbə və müəllimlərin mükafatlandırma mərasimi olub.Fərqlənənlər universitetin fəxri-fərmanları, təşəkkürnamələri və pul mükafatları ilə təltif ediliblər.Həmçinin,Lənkəran Dövlət Universitetində səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətlərinə görə Respublika Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən , Təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədova anadan olmasının 50 illiyi, İqtisadiyyat və innovativ idarəetmə kafedrasının dosenti Tofiq Paşayevə 65 illiyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri- Fərmanını, Riyaziyyat və informatika kafedrasının professoru Ədalət Axundova və Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının dosenti Mirhüseyn Abbasa 70 illik yubileyləri münasibəti “Qabaqcıl Təhsil işçisi” döş nişanlarını professor Natiq İbrahimov təntənəli şəkildə təqdim edib.

Bayram tədbiri vətənpərvərlik ruhlu musiqili ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

LDU-da Respublika Günü qeyd edilib.


Mənbə:
Paylaş: