Geri

27/09/19

Lənkəran Dövlət Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Ramazan bayramı münasıbətilə təbriki.


Hörmətli həmkarlar,Lənkəran Dövlət Universitetinin bütün kollektivi-professor- müəllim-işçi heyəti,əziz tələbələr!

Hamınızı Müsəlman dünyasının ən müqəddəs bayramlarından olan ,on bir ayın sultanı sayılan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir,könül xoşluğu,süfrələrinizə ruzi-bərəkət,ailələrinizə firavanlıq,dövlətimizə əmin-amanlıq arzulayıram.

Ramazan bayramı ona görə müqəddəs sayılır ki,müsəlmanların dini kitabı olan Qurani-Kərim məhz bu mübarək ayda nazil olub.Ramazan ilahi hikmətlər,barış, əmin-amanlıq,xeyirxahlıq ayıdır.Orucluq mərasimləri hər il ölkəmizdə humanizmin,birlik və bərabərliyin təntənəsinə çevrilir.

Bu əziz bayram günündə hamınızı bir daha təbrik edir,ailələrinizə xoşbəxtlik,süfrələrinizə xeyir-bərəkət diləyirəm.

Ramazan bayramınız mübarək!

Qeyd edək ki, Ramazan bayramı münasibətilə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun sərəncamı ilə LDU-da çalışan bütün işçilərə pul mükafatları verilib.

Lənkəran Dövlət Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Ramazan bayramı münasıbətilə təbriki.


Mənbə:
Paylaş: