E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

Tədrisin təşkili və təlim texnologiyaları mərkəzi


      Mərkəzin fəaliyyətinin əsas məqsədi Universitetdə tədris-metodiki işlərin təşkili, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədris planları və proqramların yaradılması və təkmilləşdirilməsi, tədrisdə kredit sisteminin və müasir təlim texnologiyalarının tətbiqi, tədris prosesinin metodiki təminatı, məzunlarla iş və tələbələrin təcrübələrinin təşkili ilə əlaqədar işləri həyata keçirməkdir. Mərkəz Universitetdə tədrisin təşkilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalvriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun həyata keçirir.

     Dövlət təhsil standartlarına uyğun olaraq universitetin professor-müəllim heyətinin tədris və tədris-metodiki işlərinin koordinasiyası, dərs yüklərinin kafedralar üzrə bölgüsü və yerinə yetirilməsinə nəzarət edir. Dekanlıqlarla, kafedralarla və Universitetin digər struktur bölmələri ilə birgə tədris prosesinin perspektiv və cari planlaşdırılmasının təşkili və onun gedişinə nəzarəti təşkil edir. Kredit sistemində tədrisin təşkili üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə bütün tədris sənədlərinin vaxtında hazırlanmasına nəzarət edir. Semestr üzrə dərs cədvəllərinin tərtibinə və dərslərin gedişatına gündəlik nəzarəti təşkil edir. Yekun Dövlət Attestasiyası üzrə sənədlərin və nümunəvi blankların hazırlanması və təsdiqinə nəzarət edir.

     Tələbələrin hərbi mükəlləfiyyətləri ilə bağlı tələbənin xaric olunması, bərpası, akademik məzuniyyət alması haqda əmrlərdən çıxarışları və digər məlumatları xüsüsi sənədlərlə iş şöbəsinə göndərir, şöbənin sorğularına cavablar hazırlayır və digər aidiyyatı məsələləri həll edir. Hər bir təhsilalanın-tələbənin fərdi tədris planlarının hazırlanması və onların bu planın tərtib edilməsində iştirakını təmin edir.

     Mərkəz bütün təhsil səviyyələri və formaları üçün metodiki işlərin akkreditasiya göstəricilərinin yerinə yetirilməsinin analizi və ona nəzarət işini təşkil edir. Universitetdə tədris prosesini təşkil edən və tənzimləyən əsasnamələrin, metodiki tövsiyələrin və digər normativ sənədlərin hazırlanmasında iştirak edir. Kafedraların fənlər üzrə dərslik, dərs vəsaiti və proqramlarla təminatına nəzarət edir.

     Mərkəz yeni təlim texnologiyaları və kredit sisteminin tədris prosesinə tətbiqi ilə bağlı tədris-metodiki işlərin görülməsinə və təşkilinə nəzarət edir. Mərkəzin strukturuna “Tədrisin təşkili və əlavə təhsil” bölməsi, “Qeydiyyat və qiymətləndirmə” bölməsi, “Məzunlarla iş və təcrübələrin təşkili” bölməsi daxildir. Mərkəzə baş müəllim r.ü.f.d. Əsgərov İdrak Mirzəbaba oğlu rəhbərlik edir.

        

Tyutorlar

      Əmək funksiyaları:

     1.Tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur;

     2.Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir;

     3.Tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verir;

     4.Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edir;

     5.Tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərir;

     6.Yay semestrinin təşkilində iştirak edir.



Əliyeva Elviyyə Salam qızı – 1989-cu ildə Astara rayon Pensər kəndində anadan olmuşdur. 2007-ci il də Mirzə Fətəli Axundov adına 1 saylı orta məktəbi bitirmişdir.Həmin il Bakı Dövlət Universitetinin Biologiya ixtisasına qəbul olmuş, 2011-ci ildə Universiteti bitirmişdir.

2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Onurğasızlar zoologiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə Universiteti bitirmişdir. 3 elmi məqalənin müəllifidir.

2014-cü ildən Lənkəran Dövlət Universitetində “Kimya və biologiya” kafedrasının Baş laborantı kimi əmək fəaliyyətinə başlamışdır. Hazırda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.




Hüseynli Nəzrin Elşən qızı - 1992-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 2 saylı tam orta məktəbi bitirmişdir. Həmin il Lənkəran Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına daxil olmuş, 2013-cü ildə həmin ixtisası bitirmişdir.

2014-cu ildə Lənkəran Dövlət Universitetinin “Turizm və sosial mədəni servis xidməti” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə magistraturanı bitirmişdir.

2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsində “Kompüter mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Torpaqşünaslıq və aqrokimya” və “Aqronomluq” ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.



Salayeva Şəbnəm Ədalət qızı – 2009-cu ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş, 2013-cü ildə Universiteti bitirmişdir.

2014-cü ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə “Bəxtiyar Vahabzadənin poemalarının tədrisində vətənpərvərlik ideyalarının təbliği” mövzusunda dissertasiya işini müdafiə edərək Universiteti bitirmişdir. 2 elmi məqalənin müəllifidir.

Hazırda Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsində Tarix coğrafiya müəllimliyi və Kimya və biologiya müəllimliyi ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.



Əbilov İsmayıl Vəfadar oğlu – 1992-ci ildə Masallı rayonunun Ninalov kəndində anadan olmuşdur. 1998-ci ildə Sığdaş kənd tam orta məktəbinə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin il Sumqayıt Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olmuş, 2013-cü ildə Universiteti bitirmişdir.

2013-cü ildə Lənkəran Dövlət Universitetinin “Maliyyə nəzarəti və audit” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə Universiteti bitirmişdir.

Hazırda Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində tyutor kimi fəaliyyət göstərir.