Texniki və təsərrüfat şöbəsi

Şöbənin əsasnaməsi Lənkəran Dövlət Universitetinin Elmi Şurasının 12 iyul 2016-cı il tarixli iclasında təsdiq edilmişdir. Şöbənin fəaliyyətinin əsas məqsədi Universitetin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən daim təkmilləşdirilməsinin strateqiyasını müəyyən etmək, onun texniki xidmətinə, təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərliyi həyata keçirməkdir.

Şöbənin rəhbəri Universitetin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir, auditoriyalarda, kabinet və laboratoriyalarda, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar-gigiyena vəziyyətini və qayda qanunu təmin edir, tikintiyə və carı təmirə rəhbərlik edir, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir, bölmələri mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin edir, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət edir, tikinti maşınları, nəqliyyat və texniki vasitələrin, materiallar, konstruksiyalar, alətlər, inventarlar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir.

Şöbə əməkdaşları haqqında:

1. Texniki təhlükəsizlik üzrə mütəxəssis – Samir Alxasov

2. Təchizat üzrə mütəxəssis – Zenfira Nəsirli

3. Anbardar – Məmmədağa Əliyev

4. İnzibati bina və kitabxana üzrə komendant – İlkin Xanışov

5. 1 saylı tədris korpusunun komendantı – İlqar Abdullayev

6. 2 saylı tədris korpusunun komendantı – Vüsalə Həsənzadə

7. 4 saylı korpusun komendantı – Hikmət Abdullayev


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd