Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

REKTOR

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən

riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov

 

Lənkəran Dövlət Universiteti - 25

 

Əsrə bərabər 25 il.

 

    Cənub bölgəsinin elmi-mədəni-sosial inkişafında əvəzsiz rol oynayan  Lənkəran Dövlət Universitetinin fəaliyyətə başlamasından 25 il ötür.Əlamətdar yubiley ərəfəsində  LDU-nun rektoru vəzifəsini icra edən  pofessor Natiq İbrahimovla müsahibəni sizə təqdim edirik.

 

    Sual:  Cənub bölgəsində ilk və yeganə ali  təhsil ocağı olan LDU-nun yaranmasından 25 il keçir. Bu təhsil ocağı bölgəyə nə verdi?

    Regionda ilk ali təhsil müəssisəsinin yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 25 sentyabr tarixli qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı yaradılıb, sonra Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli sərəncamı ilə  filial müstəqil ali məktəbə-Lənkəran Dövlət Universitetinə çevrilıb.LDU-nun  bölgədəki roluna gəlincə, bu ali təhsil ocağı  bölgənin bir sıra  sahələr üzrə ixtisaslı kadrlarla təminatında əvəzsiz rol oynayıb.  Ulu öndər Heydər Əliyev təsadüfi olaraq demirdi ki: “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir”.

 

     Sual 25 il öncəki universitetlə LDU-nun hazırkı durumunu müqayisəli  şərh etməyiniz maraqlı  olardı. Həmin vaxtın tələbə-müəllim heyəti, maddi bazası, ixtisaslar və indiki durum.

     Fəaliyyətinin ilk dövründə universitetdə 12 ixtisas üzrə 218 nəfər tələbə təhsil alırdı və onların təhsili ilə 50 professor-müəllim heyəti məşğul olurdu. Həmin illərdə universitetdə yerli kadrların az olması səbəbindən professor-müəllim heyətinin  böyük əksəriyyəti   AMEA-nın İnstitutlarından , digər ali təhsil müəssisələrindən dəvət olunurdu. 2016/2017-ci ilin başlanğıcında  universitetin   maddi-texniki bazası və binaları  müasir tələblərə cavab vermədiyindən bu ali təhsil ocağının balansında olan texniki peşə məktəbinin yataqxana binası əsaslı təmir olunaraq tədris üçün yararlı hala salınıb,binaya su,qaz,kanalizasiya xətləri çəkilib,elektrik xətləri yenilənib,internet şəbəkəsi qurulub.Yeni tədris korpusu xaricdən gətirilmiş müasir tədris avadanlıqları ilə təchiz edilib, burada yeni  tipli labaratoriya və fənn kabinələri yaradılıb,linqafon kabineti quraşdırılıb.

     Bu gün LDU-da  bakalavriat səviyyəsi üzrə 21 ixtisas, magistratura səviyyəsi üzrə 15 ixtisas, doktorantura və dissertanturada 5 istiqamət üzrə hazırlıq aparılır. Tədrisin keyfiyyətinin yuksəldilməsi məqsədi ilə  universitetin tədris planına yenidən baxılıb,luzumsuz fənlər   ixtisas kompetensiyalarını aşılayan  yeni vacib fənlərlə əvəzlənib, tyutor kursları açılıb  ,kursu müvəffəqiyyətlə bitirənlər işə qəbul edilib və tyutor xidməti təşkil olunub.

     Universitetdə təhsillə yanaşı, elmi istiqmət də paralel inkşaf etdirilir. 1998-ci ilə Təhsil Nazirliyinin dəstəyi ilə magistratura, aspirantura və dissertantura səviyyələri formalaşdırılıb.  Bu tədris ilində gənc alim və mütəxəssislərdən ibarət 30-dan artıq müəllim  işə götürülüb ki,bunların da əksəriyyəti fəlsəfə doktoru elmi adı olanlar və xaricdə magistratura bitirənlərdir . İxtisaslı müəllim kadrlarına tələbat azalsa da, yerli kadrların hazırlanılması məqsədilə  əsasən professorlar dəvət olunur, onların rəhbərliyi ilə mütəmadi elmi seminarlar təşkil edilir, ixtisaslı kadr hazırlığı davam etdirilir.

 

    Sual LDU-nun beynəlxalq əlaqələri  nə səviyyədədir? Perspektiv planda hansı yenilklər durur?

     Univеrsitеt dünyаnın bir sırа qаbаqcıl аli məktəbləri ilə təhsil, еlm və mədəniyyət sаhəsində əməkdаşlıq еdir. LDU Хəzəryаnı Ölkələrin Univеrsitеtləri, Аvrаsiyа Univеrsitеtləri və Azərbaycan-Rusiya Universitetləri  assоsiаsiyаlarının fəаl üzvüdür. Bu Assosiasiyalardan başqa LDU dünyаnın 50-dən çох universiteti ilə təhsil və elmi əlаqələrini inkişaf etdirməkdədir və bu barədə müvafiq ikitərəfli müqavilələr bağlanıb.

    LDU ölkəmizdə fəаliyyət göstərən bеynəlхаlq təşkilаtlаrlа - INTАS, АBŞ-ın Аçıq Cəmiyyət Institutu, АBŞ Dövlət Dеpаrtаmеntinin Bеynəlхаlq Tədqiqаt və Mübаdilə Şurаsı /IRЕХ/, Аvrаsiyа Fоndu, DААD (Аlmаniyа), TЕMPUS (Аvrоpа İttifаqı) - əməkdаşlıq еdir, lаyihələr həyаtа kеçirir və qrаnt layihələrində birgə iştirak edir.

    2016-cı ilin mart ayında Macarıstanın Kapoşvar Universiteti ilə LDU arasında anlaşma memarandumu imzalanıb və müqavilənin şərtlərindən biri də Avropa Ali Təhsil məkanının standartlarına uyğun birgə dərəcə və ikili diplom proqramlarının təsis edilməsi olub.Bölgəyə səfər edən xarici dövlətlərin diplomatik təmsilçiləri, eləcə də Avropa İttifaqının Azərbaycan nümayəndəliyi universitetə səfər edərək müəllim-tələbə kontingenti ilə yaxından tanış olublar.May ayında Lənkəranda keçiriləcək Avropa günlərində LDU da fəal iştirakçı olacaq.

 

    Sual Növbəti tədris ilində ixtisasların sayında artım və ya  azalma - dəyişiklik olacaqmı?

    Mütəxəsisi hazırlığının keyfiyyətinin yuksəldilməsi istiqamətində aparılan islahatlar növbəti tədris ilindən tələbələrin sayınının artmasına  öz təsirini göstərəcək.  Bundan əlavə, 2017/2018-ci tədris ilində LDU da bakalavriat səviyyəsi üzrə ixtisaslar artaraq 23, magistratura səviyyəsi üzrə isə 16 olacaqdır. Doktorant və dissertantura hazırlığı üçünyeni ixtisaslar alınacaqdır. Bakalavriat səviyyəsi üzrə  kənd təsərrufatı yönümlü yeni ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanılıb. Növbəti tədris ilində isə bakalavriat səviyyəsi üzrə yeni aktyor sənəti, müzeyşunaslıq,arxiv işi  və abidələrin qorunması, təhsildə sosial-psixoloji xidmət  ixtisasları açılacaqdır. Eyni zamanda, LDU ilə   Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanmış müqaviləyə əsasən,universitetin gələcək məzunları həm də həmin təhsil ocaqlarının diplomlarını ala biləcəklər. Bir sözlə,ölkədə aparılan təhsil siyasəti Lənkəran Dövlət Universitetində uğurla həyata keçirilir və hesab edirik ki, qəbul imtahanlarının nəticələrində ilk seçilən universitetlərdən biri  yenə də LDU olacaq.

 

    Sual:  Bir az da yubiley barədə. Bu yubileyi layiqincə keçirmək üçün nə kimi planlarınız var?

    Bu məqsədlə tədbirlər planı hazırlanıb.  Lənkəran Dövlət Universitetinin 25-illik tarixini əks etdirən kitab yaxın günlərdə  işıq üzü görəcək. LDU-nun 25 illik Yubiley tədbirinə hazırlıq işləri qaydasında, plana uyğun davam etdirilir

Müsahibəni apardı

Esmira İsmayılova.

 

Baş səhifə >>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator