Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Universitetimiz

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

 

Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı sərancamı ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının ilk Dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlamışdır.

Azərbaycanımızın cənub bölgəsində bu yeni ali məktəbin fəaliyyətə başlaması gənc dövlətin ictimai, mədəni və elmi həyatında böyük rezonans doğurmuş, bölgənin mədəni-siyasi, elmi həyatında alimlərin, ziyalıların və ali məktəb tələbələrinin fəal iştirakına şərait yaratmaqla yeni ictimai mühitin formalaşmasına səbəb olmuşdur. Tariximizin çətin, ziddiyyətli və şərəfli dövründə yaranmış Lənkəran Dövlət Universiteti ilk addımlarını Azərbaycanın müstəqilliyi dövründəki təhsil sistemi ilə birlikdə atmış və bu gün respublikanın qabaqcıl ali təhsil müəssisələrindən biri kimi 25 illik şərəfli tarixi yol keçərək milli mədəniyyətimizin, elm və təhsilimizin inkişafında mühüm xidmətlər göstərmişdir.

Fəaliyyətinin ilk dövründə LDU-da 12 ixtisas üzrə 218 tələbə təhsil almış, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olmuşdur. Həmin dövrdə universitetdə 3 fakültə, 11 kafedra fəaliyyət göstərirdi. Universitetin ilk rektoru və yaradıcısı tarix elmləri doktoru, professor Hacıbaba Əzimov olmuşdur. Sonralar, 1997-ci ildə Respublika Prezidenti Heydər Əliyevin sərəncamı ilə  Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor Mirzə Ağa Bağırov və 2005-ci ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, fizika və riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov rektor vəzifəsinə təyin edilmişlər. Hazırda universitetin rektoru vəzifəsini tanınmış riyaziyyatçı alim, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov icra edir.

Bu gün universitetdə tədris kredit sistemi ilə həyata keçirilir. Universitetin auditoriyalarında 2500-dən artıq bakalavr, 100-dən artıq magistr, 20-dən artıq doktorant və dissertant təhsil alır, onların təlim-tərbiyəsi ilə 300-dən artıq professor-müəllim və texniki köməkçi heyət məşqul olur. LDU-da elmin əsas sahələri üzrə doktorantura və dissertantura da fəaliyyət göstərir.

Universitetdə respublikanın müxtəlif bölgələrindən və xarici ölkələrdən olan gənclər təhsil alır, mütəmadi Beynəlxalq və Respublika səviyyəli elmi konfranslar, seminarlar, diskussiyalar, debatlar, görkəmli dövlət, elm, mədəniyyət, incəsənət xadimləri və ziyalılarla görüşlər keçirilir, milli bayramlarımız və dövlət əhəmiyyətli tarixi günlər yüksək səviyyədə qeyd olunur, idman yarışları təşkil olunur. Universitet bir çox ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin təşəbbüsçüsü və fəal iştirakçısıdır. LDU Avroasiya Universitetləri, Xəzəryanı ölkələrin, Türkdilli ölkələrin və Qafqaz ölkələrinin Universitetləri Assosiasiyalarının üzvü olaraq, Avropa və Asiyanın 100-dən artıq qabaqcıl ali təhsil və elm ocaqları ilə daimi təmasda işləyir, NATO, INTAS, Erasmus-Mundus və digər bu kimi nüfuzlu beynəlxalq təşkilatların təşkil etdiyi qrant müsabiqələrinin iştirakçısı və qalibidir. Universitetdə elmin aktual problemləri üzrə 200-ə yaxın tədqiqat işi aparılır, 3 seriya üzrə “Lənkəran Dövlət Universitetinin Elmi xəbərləri” adlı elmi məcmuə nəşr edilir, müasir təlim və informasiya texnologiyalarının tətbiqinə ciddi fikir verilir, ən müasir texnologiya ilə təchiz olunmuş Elektron Təhsil Şəbəkəsi, kitabxana fondu 8000-ə yaxınlaşan Kitabxana mərkəzi, “Heydər Əliyev muzeyi və idarəçilik məktəbi”, 20-ə qədər tədris və tədqiqat laboratoriya və mərkəzləri, bölgənin zəngin maddi və mənəvi irsini qoruyub saxlayan Tarix muzeyi, geniş iclas salonları, qonaq evi, idman klubu və onun nəzdində müasir tələblərə tam cavab verən idman zalı və meydançası, tələbə yeməkxanaları və yataqxana fəaliyyət göstərir.

2006-cı ildə Lənkəranda AMEA-nın Regional Elm Mərkəzinin yaradılması ilə bağlı verilmiş qərar universitetin həyatında yeni bir səhifə açdı. Bu mərkəz universitetlə AMEA-nın müvafiq institutları arasında elmi əlaqələrin daha da genişlənməsi üçün böyük perspektivlər açdı, universitetdə fəaliyyət göstərən əməkdaşlara regionun təbii sərvətlərinin, əmək ehtiyatlarının, flora və faunasının, iqtisadiyyatının öyrənilməsi və digər elm sahələri üzrə daha geniş tədqiqatların aparılması üçün gözəl imkanlar yaratdı. Təsadüfi deyildi ki, qısa müddət ərzində universitetin kadr potensialı sürətlə yeniləndi, bir-birinin ardınca onlarla tədqiqatçı gənc dissertasiya işlərini müdafiə edərək alimlik dərəcəsi aldılar.

Respublikanın cənub bölgəsində yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universiteti fəaliyyəti dövründə həyatımızın bütün sahələrinə təsir göstərmiş, bir çox regional layihələrin həm təşəbbüsçüsü, həm də aktiv iştirakçısı olmuşdur.

Bu gün Lənkəran Dövlət Universitetində aparılan islahatlar elmin, təhsilin məzmunca təkmilləşdirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü işlərin həyata keçirilməsinə imkan vermişdir.

Universitetdə müasir avadanlıqla və yüksək sürətli limitsiz internet xətti ilə təchiz edilmiş informatika tədris, kimya və biologiya, şifahi nitq laboratoriyaları, linqofon kabineti, təcrübə sahələri, İngilis dili  mərkəzi fəaliyyət göstərir. Bu qurumlar tələbələrə elektron təhsillə tanışlıq imkanları yaradır, onların dünyada fəaliyyət göstərən yüzlərlə rəqəmsal kitabxana resurslarına əlyetənliyini təmin edir və digər təhsil yönlü qurumlarla yaxından əlaqələr qurmağa kömək edir.

Universitetin tələbə həyatı təhsillə məhdudlaşmır. Gənclər Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Yaradıcılığı Mərkəzi, İdman klubu kimi təşkilatlarda təmsil olunur, universitet daxili, həm də universitetdən kənar müxtəlif mədəni, sosial, elmi, idman, milli-mənəvi bayramlarımızın, tarixi günlərimizin və hadisələrin qeyd olunması və s. kimi tədbirlərdə fəal iştirak edir, universitetin qalib olduğu qrant layihələri əsasında xaricdə təhsil alır və təcrübə keçirlər. Müxtəlif mövzular ətrafında səfirliklər, beynəlxalq təşkilatlar, yerli və xarici qonaqların iştirakı ilə görüşlər keçirmək, diskussiyalar aparmaq üçün universitetin bütün toplantı zalları tələbələrimiizin ixtiyarındadır.

Hazırda Universitetdə 4 fakültə - Təbiyyat, Humanitar, İqtisadiyyat və idarəetmə və Aqrar və mühəndislik fakültələri fəaliyyət göstərir. Həmin fakültələrdə aşağıda göstərilən ixtisaslar üzrə bakalavr və magistr dərəcəli mütəxəssislər hazırlanır:

1. Təbiyyat fakültəsi üzrə:

1.1. Riyaziyyat və informatika müəllimliyi

1.2. Kimya və biologiya müəllimliyi

1.3. Tarix və coğrafiya müəllimliyi

1.4. Kompüter elmləri

2. Humanitar fakültə üzrə:

2.1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2.2. Xarici dil müəllimliyi (ingilisdiliüzrə)

2.3. İbtidai sinif müəllimliyi

2.4. Məktəbəqədər təlim  tərbiyə

2.5. Tərcümə (ingilis dili üzrə)

2.6. Təhsildə sosial-psixoloji xidmət

2.7. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

2.8. Aktyor sənəti

3. İqtisadiyyat  idarə etmə fakültəsi üzrə:

3.1. Mühasibat uçotu və audit

3.2. Maliyyə

3.3. İqtisadiyyat

3.4. Biznesin idarə edilməsi

3.5. Turizm  otelçilik.

4. Aqrar  mühəndislik fakültəsi üzrə:

4.1. Kompüter mühəndisliyi

4.2.Meşə materiallarının  ağac emalının texnologiyası mühəndisliyi

4.3. Qida məhsulları mühəndisliyi

4.4. Ekologiya mühəndisliyi

4.5. Torpaqşünaslıq  aqrokimya

4.6. Aqronomluq

4.7. Baytarlıq

4.8. Meşəçilik

 LDU-da aşağıda göstərilən ixtisaslaşmalar üzrə magistr dərəcəli mütəxəssislər hazırlanır:

1.Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

2.Riyaziyyatın tədrisi metodikası və metodologiyası

3.Kimya fənninin tədrisi metodikası və metodologiyası

4.İbtidai sinifdə tədrisin metodika və metodologiyası

5.Dilşünaslıq (İngilis dili üzrə)

6.Azərbaycanın yeni və ən yeni tarixi

7.İstehsal sferasında mühasibat uçotu və audit

8.Menecment (sahələr üzrə)

9.Riyazi analiz

10.Ekoloji biologiya

11.İqtisadi və sosial coğrafiya

12.Azərbaycanın fiziki coğrafiyası

13.İnformatika

14.Turizm və sosial-mədəni servis

Baş səhifə>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator

        

 

 

]