E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Rusiyalı mütəxəssis LDU-da təlim keçir.

      Lənkəran Dövlət Universitetində (LDU) aqrar yönümlü fakültələrdə təhsil alan tələbə və magistrantların təcrübi bacarıqlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək məqsədi ilə xaricdən alınmış tədris laboratoriyaları quraşdırıldıqdan sonra ikinci mərhələyə-maarifləndirici təlimlərə start verilib. Professor-müəllim-tələbə heyətinin son model laboratoriyaların gücündən düzgün və səmərəli istifadə edə bilmələri məqsədi ilə keçirilən treninq-təlimləri xaricdən dəvət olunmuş peşəkar mütəxəssislər aparır. Çinli mütəxəssislərin iki həftəlik təlimlərindən sonra rusuyalı mütəxəssislərin treninqi başlayıb. Rusiya Federasiyasının “Texnoanalit” Elm-istehsalat mərkəzinin (Tomsk şəhəri) laboratoriya müdiri Tatyana Tolmaçeva ”baytarlıq”, “qida məhsulları texnologiyası”, qida təhlükəsizliyi və ekologiyası”, “aqrokimya” laboratoriyalarında quraşdırılmış son nəsil texnologiyaların işlənmə metodunu təlim iştirakçılarına əyani izah edir, təcrübələr aparılır. Aparılan təcrübi məşğələlərdə tələbə və müəllimlərin iştirakları təmin edilir. Qeyd edək ki, yeni avadanlıq və cihazların əksəriyyəti kompyüter və internet şəbəkəsinə qoşulmaqla işləyir ki, bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradır. Göstərilən laboratoriyalarda qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq ediləcək. Ərzaq xammalları və qida məhsullarının, suyun, torpağın və s. tərkibində metalların , o cümlədən, ağır metalların miqdarının təyini məqsədi ilə təcrübi məşğələlərin təşkili tələbələrin ixtisas biliklərinin səmərəsini artırır, həm də peşəkar fəlaiyyətlərinə yardımçı olur. Rusiya Federasiyasının “Texnoanalit” Elm-istehsalat mərkəzinin (Tomsk şəhəri) istehsalı olan voltampermetrik “TA-Ekolab” analizatorunun bu tədqiqatlar üçün etibarlı vasitə olduğunu deyən təlimçi T.P.Tolmaçeva onun işlənmə mexanizmini əyani göstərib, həmçinin, treninq iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Facebook Youtube