E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-da 20 yanvar faciəsinə həsr edilən tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının tarixində ən ağrılı-acılı günlərdən biri olan 20 yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilib.Tədbir iştirakçıları ilk öncə günahsız faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

1990-cı ilin 20 yanvar gecəsində baş verən qanlı hadisələri əks etdirilən videoçarx nümayiş olunub.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında 20 yanvar tarixini faciə günü kimi yox, xalqın qanla yazılan qəhrəmanlıq salnaməsi, şərəf , milli oyanış tarixi kimi səciyyələndirib, 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə baş verənlərdən, şahidi olduğu qanlı hadisələrdən, günahsız insanların amansız qətlyamından danışıb, faciə dəhşətlərini sonrakı nəsillərə çatdırmağı hər bir azərbaycanlının ən ali vəzifəsi, şərəf işi adlandırıb.Bildirib ki,tarix boyu Azərbaycan xalqının başına gətirilən faciələrin əsas səbəbi xalqın unutqanlığı, düşmənə güzəştə getməsidir.

20 yanvar faciəsinin baş vermə səbəbləri, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyət universitetin tarix və onun tədrisi kafedrasının baş müəllimi Eldar Məmmədovun məruzəsində ətraflı təhlil olunub.

Mövzu ilə bağlı sözügedən kafedranın doktorantı Nurlana Məliklinin, maagistrant İman İbrahimovun məruzələri dinlənilib.

Qeyd edək ki, anım günü universitetin professor-müəllim-tələbə heyəti tərəfindən Lənkəran şəhərində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleks ziyarət olunacaq, faciə qurbanlarının, o cümlədən 11 lənkəranlının əziz xatirəsi ehtiramla anılacaq.

Facebook Youtube