E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Beynəlxalq tədbirə LDU təmsilçisi sədrlik edib.

      UMYOS-un (Uluslararası Məslək Yüksək Okulları Simpoziumu) 2018-ci ilin 16-18 oktyabr tarixlərində Bakı şəhərində “İnformasiya texnologiyalarındakı dəyişiklik və inkişafın peşələrə təsiri” mövzusundaVII konqresi keçirilib. Simpoziuma sədrliyi Lənkəran Dövlət Universiteti təmsilçisi, rektorun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov edib. UMYOS-un yaranma tarixindən, formalaşma mərhələlərindən, beynəlxalq status qazanmasından söz açan natiq bu ilki konqresin Bakı şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını , ölkə başçısı cənab İlham Əliyevin elmə, təhsilə, mədəniyyətə və inişafda olan gənc nəslə daim qayğı və diqqət göstərdiyini, yeni texnologiyaların tədbiqinə böyük önəm verdiyini deyib. Professor Mikayıl Məhərrəmov Azərbaycan Respublikasının çoxpilləli təhsil sisteminin quruluşu və ayrı-ayrı təhsil pillələrində aparılan islahatlar, mövcud problemlər və perspektiv inkişaf barədə iştirakçılara ətraflı məlumat verib, peşə təhsili müəssisələrinin, kollec və universitetlərin nümayəndələrinin tədbirə qatıldığını deyib. Simpoziuma hazırlıq mərhələsində Təşkilat Komitəsinin gördüyü işlər barədə danışan M.Məhərrəmov bildirib ki, keçən dövr ərzində konqresin ekspertlər şurasına 6 ölkədən 150-dən çox məqalə daxil olub. Azərbaycan, Türkiyə və s. ölkələrdən olan görkəmli alim və mütəxəssislərdən təşkil olunmuş ekspertlər şurası məqalələri ekspertizadan keçirib , qəbul olunanlar bölmələr və altbölmələr üzrə qruplaşdırılıb. Konqresin plenar iclasında pedaqoji elmlər doktoru Vidadi Orucov “Orta ixtisas təhsilində İKT-nin rolu” mövzusunda məruzə ilə çıxış edib.UMYOS-2018-in koordinatoru Turqut Aktaş konqresin proqramları, xüsusilə sosial proqramlarda nəzərdə tutulan tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Plenar iclasdan sonra konqres öz işini bölmə və altbölmələrdə davam etdi

Facebook Youtube