E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-da mülki müdafiə təlimi.

      Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mütəxxəssisləri Lənkəran Dövlət Universitetində mülki müdafiə təlimi keçirib. Baş verə biləcək fövqaladə hadisələr zamanı vəziyyəti nəzarətdə saxlamaq, belə hallarda maksimum ziyansız ötüşmək məqsədi ilə keçirilən təlim- məşqə universitetin rəhbər heyətinin məsul şəxsləri cəlb edilib. ”Fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən təlim məşqində çıxış edən LDU-nun təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyev bu istiqamətdə universitetdə aparılan profilaktiki tədbirlərdən söz açıb, maarifləndirici təlimləri hər iki tərəf üçün faydalı adlandırıb. FHN-nin Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik Araz Hüseynov, Ərazi orqanları ilə iş şöbəsinin rəisi , polkovnik leytnant İzzət İbadov müzakirə edilən mövzu ətrafında iştirakçıları ətraflı məlumatlandırıblar. Rəhbər heyətin mülki müdafiə məşqində iştirakçılara tapşırıqlar verilib, onların fövqaladə hallara hazırlığının vəziyyəti yoxlanılıb.Sonda mütəxxəssislər iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Esmira İsmayılova Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube