E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.

Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokolu LDU tərəfindən rektor vəzifəsini icra edən professor Natiq İbrahimov , Aİİ tərəfindən rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov imzalayıblar.

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması,birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulur.Həmçinin,bağlanmış protokola əsasən, elmi konfransların təşkili,elmi araşdırmaların aparılması, təlim kurslarının və seminarların keçirilməsi məqsədilə institut və universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi,ali təhsil müəssisəsində təhsilalanların elmi rəhbərlik, araşdırma işlərinin yerinə yetirilməsi üçün ədəbiyyat və kitabxana materialları ilə təmin edilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur.

İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor C.Məmmədov ölkənin digər təhsil müəssisələri ilə əlaqələrin qurulmasına və təcrübə mübadiləsinin aparılmasına xüsusi önəm verdiklərini qeyd edib.

Aİİ rəhbəri əməkdaşlıq təklifini qəbul etdiyinə görə LDU-nun rəhbərliyinə təşəkkürünü bildirib, rəhbəri olduğu ali təhsil müəssisəsinin xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında LDU-da təhsilin yenilənməsi istiqamətində aparılan çoxşaxəli fəaliyyətləri barədə ətraflı məlumat verib, son illər ölkəmizdə elm və təhsilin inkişafı sahəsində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulayıb.N.İbrahimov İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını və qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə hazır olduqlarını qeyd edib.

Facebook Youtube