E-mail: office@lsu.edu.az | Tel: : +25 - 25 -5-17-97 | Ünvan : xəritə  |         

   LDU-da Milli Dirçəliş Günü təntənəsi.

      Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) musiqili-nəğməli bayram tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanıb.LDU-nun xarici dillər kafedrasının müdiri,dosent Kamran Kazımov çıxış edərək 17 noyabr Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında oynadığı tarixi roldan söz açıb.Bildirib ki,ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdırıb,Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət alıb.Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişilərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilib.

      K.Kazımov qeyd edib ki,hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdiyindən bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başlayıb,respublikamız əsil intibah və dirçəliş dövrünə qədəm qoyub. Məhz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişib.Dosent Kamran Kazımov LDU-nun simasında müstəqil respublikamızda təhsilin inkişafına göstərilən qayğıdan da ətraflı bəhs edib.

      Rəsmi hissədən sonra universitet tələbələrinin ifasında maraqlı bayram konserti nümayiş olunub.Tələbələrin ifasında vətənpərvərlik,azadlıq ,beynəlmiləlçilk ruhlu mahnılar,şeirlər səslənib.Rəngbərəng rəqslər tədbirə bir əlvanlıq,şuxluq qatıb.

Facebook Youtube
Lənkəran Dövlət Universiteti - 2017 / Created by - Məhəmməd Əlizadə