E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Elmi şura kollokviumun nəticələrini müzakirə etdi.

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən Elmi şuranın növbəti iclasını universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi şuranın müzakirəsinə çıxarılan ilk mövzu “2018-2019-cu tədris ilinin 2-ci semestrinin gedişi və 1-ci kollokviumun nəticələri.Əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölünmə mexanizmi haqqında” olub.Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.1-ci kollokviumun uğurla başa çatdığını, nəticələrin qənaətbəxş olduğunu deyən dosent İdrak Əsgərov 1-ci tədris ili qruplarında bəzi fənlər üzrə nəticələrin universitetin orta göstəricisindən aşağı olmasını narahatedici fakt kimi şura üzvlərinin diqqətinə çatdırıb.Ölkə başçısının məlum sərəncamından sonra LDU-da təhsil alan tələbələr üçün də 334 əlavə təqaüd yerlərinin ayrılmasını müsbət hadisə kimi dəyərləndirən məruzəçi təqaüdün bölünmə mexanizmi ilə iştirakçıları ətraflı tanış edib.1-ci məsələnin müzakirəsində səslənən təklif və rəylər ümumiləşdirilərək qərarın icra mexanizminə daxil edilib.

Şurada universitetin “ Elmi və tədris-metodiki” şurasında baxılan işlərin müzakirəsi də keçirilib.Bu barədə Elmi katib Allahşükür Quliyev məlumat verib.

Elm şöbəsinin müdiri, dosent Elvin Əliyev “Doktoranturaya qəbul və dissertanturaya təhkim olanların elmi rəhbər və dissertasiya mövzularının təstiqi” ilə bağlı şura üzvlərini məlumatlandırıb.Bu il LDU-nun doktoranturasına 20, dissertanturaya 9 nəfərin qəbul edildiyini deyən şöbə rəsmisi şura üzvlərini elmi rəhbərlər və mövzularla tanış edib.

Elmi şurada universitetin rəsmi internet saytının hazırkı vəziyyəti və Elektron təhsil layihəsinin gedişi də müzakirə edilib.İKT və kitabxana mərkəzinin direktoru Ənvər Şahqubadbəyli rəsmi internet saytının forma və məzmunca daim yeniləndiyini ,bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.Elektron təhsil layihəsindən danışan Ə.Şahqubadbəyli şəbəkənin müasir avadanlıqlarla təminatının vacib olduğunu diqqətə çatdırıb.Məsələnin müzakirəsi zamanı professor Natiq İbrahimov problemin gündəmdə saxlanıldığını, zəruri avadanlıqların artıq sifariş edildiyini və sistemin tezliklə yeniləcəyini bildirib.

Şurada müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Facebook Youtube