E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

Lənkəran Dövlət Universitetinin Elmi Xəbərlər jurnalı üçün tələb olunan qaydalar:

1. Məqalələr Times New Roman 12 şriftlə, 1 intervalla yazılmalıdır.

2. Məqalə mətni 4 (dörd) səhifədən az, 10 (on) səhifədən çox olmamalıdır.

3. Məqalənin mətni Azərbaycan, Rus, İngilis və Türk dillərində verilə bilər.

4. Məqalənin yazıldığı dildən asılı olaraq xülasə Azərbaycan, İngilis və Rus dillərində verilməlidir. (Əgər mətn Azərbaycan dilində verilibsə xülasə Rus və İngilis dillərində olmalıdır).

5. Məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasənin yazıldığı dillərdə) verilməlidir.

6. Məqalədə istinadlar göstərilməli və son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir. (Misal olaraq: [1] və ya [1, s.119])

7. Elmi məqalə barədə ərizə nümunəsi doldurulmalıdır.

8. Elmi dərəcəsi olmayanlar üçün təsdiqli rəy, həmçinin doktorant və dissertantlar üçün elmi rəhbərlərinin təsdiqli rəyi tələb olunur.

9. Məqalə müəlliflərindən aid olduqları təşkilat rəhbərlərinin (Rektor və ya Elmi işlər üzrə prorektor,Direktor və ya Elmi işlər üzrə direktor müavini) müvafiq tövsiyə məktubu tələb olunur.

10. Lənkəran Dövlət Universitetinin əməkdaşları tərəfindəntəqdim olunan məqalə üçün müəllifin aid olduğu müvafiq kafedranın rəyi tələb olunur.

11. Məqalələr 16 dekabr 2019-cu il tarixinədək (saat 17:30-a dək) qəbul ediləcəkdir.

12. Məqalədəki orfoqrafik səhvlərə müəllif məsuliyyət daşımaqdadır.

13. Məqalələr “Riyaziyyat və Təbiət elmləri” və “Humanitar” elmlər bölmələri üzrə qəbul edilir.

14. Xülasə geniş şəkildə verilməli və məqaləni tam əhatə etməlidir.

15. Hazırlanan məqalələrelmi_meqale@lsu.edu.az elektron ünvanında qəbul olunur.

Tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək və müəlliflərə əlavə məlumat verilməyəcəkdir.

Nümunə forması :

Soyad Ad,

Elmi adı və dərəcəsi (açıq şəkildə yazılmalıdır)

elektron ünvan

Aid olduğu müəssisə

Məqalənin adı

Annotasiya:

Açar sözlər:

Key words:

Ключевые слова:

M Ə T N ( 4 səhifədən az olmamaq şərtilə )

Ədəbiyyat

Summary

Soyad Ad, (ingiliscə)

Aid olduğu müəssisə (ingiliscə)

Məqalənin adı (ingiliscə)

Резюме

Soyad Ad, (rusca)

Aid olduğu müəssisə (rusca)

Məqalənin adı (rusca)