E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   İctimai şuranın üzvləri imtahanların gedişini izləyiblər.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik etdiyi İctimai şuranın üzvləri bu gün bir araya gələrək Lənkəran Dövlət Universitetində (LDU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini canlı izləyiblər.Şura üzvləri imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.

Eyni zamanda,İctimai şura üzvləri Lənkəran Dövlət Universitetinin təhsil həyatı ,burada professor-müəllim -tələbə heyəti üçün yaradılan şərait,son ildə tədrisin modern təşkili ,universitetin yenilənmiş maddi-texniki bazası,yardımçı təsərrüfatı ilə yaxından tanış olmaq imkanı qazanıblar.

İmtahanların gedişi ilə tanışlıqdan sonra İctimai şuranın üzvlərini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Universitet rəsmisi şura üzvlərinin imtahanların gedişi ilə bağlı təəssüratları ilə maraqlanıb,təklif və rəylərini dinləyib,imtahanların tam obyektiv və şəffaf şəkildə keçirilməsi üçün bundan sonra da bütün mümkün tədbirlərin görüləcəyini deyib.

Facebook Youtube