E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Çexiyalı professor LDU-da kadr hazırlığını yüksək qiymətləndirib.

Çexiya Respublikasının Brno şəhərində yerləşən Mendel Universitetinin professoru, Meşəçilik fakültəsinin dekan müavini Petr Kupec Lənkəran Dövlət Universitetində (LDU) olub.Çexiyalı professoru LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Görüş zamanı iki universitet arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, hər iki universitetdə mövcud olan "Meşəçilik", “Aqronomluq”, “Bitkiçilik”, “İqtisadiyyat” və s. ixtisaslar ilə bağlı əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

Lənkəran Dövlət Universitetində ötən il xaricdən gətirilərək quraşdırılmış modern laboratoriyalarla tanış olan P.Kupec burada praktik məşğələlərin, eləcə də elmi tədqiqatların aparılması üçün şəraiti yüksək qiymətləndirib, peşəkar mütəxəssislər hazırlamaq üçün hər cür imkanın olduğunu bildirib.

LDU-ya səfəri çərçivəsində çexiyalı qonaq universitetin tədris-təcrübə sahəsini gəzib,sitrus və çay əkinlərinin becərilməsi texnologiyası ilə tanış olub.Universitetin turizm-tədris –təcrübə bazası ilə tanışlıq Petr Kupecdə xoş təəssürat yaradıb.

Universitetlə bir günlük əyani tanışlıqdan sonra P.Kupec təmsil etdiyi Mendel Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanmasına razılığını bildirib. Qeyd edək ki, memorandum iki universitet arasında müəllim-professor heyətinin, eləcə də tələbələrin mübadiləsini həyata keçiriməyə və birgə elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradacaq.Anlaşma memorandiumunun yeni tədris ilinə kimi imzalanması nəzərdə tutulur.

Söhbət zamanı Lənkəran Dövlət Universiteti və Mendel Universiteti arasında "Erasmus+" proqramı çərçivəsində əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Facebook Youtube