E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-ya yeni daxil olanların qeydiyyatı davam edir.

2019/2020-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinə (LDU) qəbul olanların avqustun15-dən başlanan sənəd qəbulu davam edir. 4 fakültə və 30 ixtisas uzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün bütün zəruri tədbirlər görülüb.

LDU-ya yeni qəbul olunmuş gənclərin qeydiyyatına universitetdə fəaliyyət göstərən fakültələrin tyutor xidməti və əməkdaşlarından ibarət işçi qrupu nəzarət edir. Qeydiyyat zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qeydiyyat prosesinin gedişi ilə əyani tanışlıq zamanı yeni qəbul olunanlarla və valideynlərlə görüşüb. Ölkəmizin müxtəlif şəhər və rayonlarından, paytaxt Bakıdan gəlmiş gənclər və onların valideynləri ali təhsil üçün LDU–nu seçmələrində heç də yanılmadıqlarını deyərək professor Natiq İbrahimova Lənkəran Dövlət Universitetində tam şəffaf və obyektiv təhsil mühitinin yaradıldığına, təlim-tədris və təcrübə bazasının daim yeniləndiyinə, yüksək ixtisaslı pedaqoji kadrların tədris prosesinə cəlb edildiyinə,yeni tikilmiş tədris korpuslarına və yataqxana binasına görə minnətdarlıq bildiriblər.

Ali təhsil ocağına qəbul olunmuşların qeydiyyatının aparılması üçün yaradılmış komissiyanın verdiyi məlumata görə, bu il LDU-nun əyani və qiyabi şöbələrinə I-ci turda 30 ixtisas üzrə 1226 tələbə qəbul olunub.Qeyd edək ki,bu il ilk dəfə olaraq 4 ixtisas –fizika müəllimliyi,riyaziyyat müəllimliyi,təsviri incəsənət müəllimliyi ,bağçılıq və tərəvəzçilk ixtisasları üzrə qəbul aparılıb.5 ixtisasa-torpaqşünaslıq və aqrokimya,aqronomluq,baytarlıq, meşəçilik,bağçılıq və tərəvəzçilik ixtisaslarına qəbul isə yalnız dövlət sifarişi üzrə həyata keçirilib.

Xatırladaq ki,sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900-1700–dək universitetin əsas binasının 1-ci mərtəbəsində keçirilir və hal-hazırda qəbul olunanların təqribən yarısı qeydiyyatdan keçib.

Facebook Youtube