E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Yeni tədris ilində LDU Elmi şurası ilk iclasını keçirib.

Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şura yeni tədris ilində ilk iclasını keçirib.Şura iclasını universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları yeni-2019-2020-ci tədris ilinin başlanması münasibəti ilə təbrik edib.Universitet rəsmisi cari tədris ilinin LDU-nun həyatında əlamətdar yeniliklərlə yaddaqalan olduğunu,2 yeni tədris korpusunun, 160 yerlik yataqxananın inşa edildiyini,I saylı korpusun əsaslı təmir olunduğunu, tədris avadanlıqlarının əsaslı şəkildə yeniləndiyini bildirib və kollektivə yeni tədris ilində uğurlar arzulayıb.Sonra professor Natiq İbrahimov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi şura üzvləri ilk öncə “2019-2020-ci tədris ilində universitetə tələbə qəbulunun nəticələri barədə” tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərovun hesabatını dinləyiblər.Məruzəçi bu il LDU-ya rekord sayda tələbə qəbul edildiyini,plan yerlərinin əsasən dolduğunu bildirib,yeni tədris ilinə hazırlığın qənatbəxş olduğunu,dərs yüklərinin müəllimlər arasında bölündüyünü,yeni tədris ilində ehtiyac duyulan ixtisaslar üzrə müsabiqə yolu ilə yeni müəllimlərin cəlb edildiyini deyib,şura üzvlərini maraqlandıran sualları cavablandırıb.

Yeni tədris ilinə hazırlığın vəziyyəti barədə fakültə dekanlarının da məlumatı dinlənilib.

“Universitetdə aparılan təmir-tikinti işləri haqqında” universitetin təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru vəzifəsini icra edən Azər Əliyev məlumat verib.Hesabatında Azər Əliyev universitetdə aparılan təmir- tikinti ,tədris avadanlıqlarının yenilənməsi,abadlıq və yaşıllaşdırma işləri barədə ətraflı danışıb.

Sosial məsələlər üzrə prorektor,dosent Kamran Kazımov məruzəsində “Universitetin sosial layihələri və daxili intizam qaydaları haqqında” geniş məlumat verib.Ötən ildə bu istiqamətdə görülmüş işlərin hesabatını verən məruzəçi bu il start götürən yeni layihələr barədə də şura üzvlərini məlumatlandırıb.

“Yeni tədris ili üçün unuversitet üzrə strukturun qurulması haqqında” maliyyə və mühasibatlıq şöbəsinin müdiri Rəşad Rzazadə məlumat verib.Məlumatda cari tədris ilindən əməkdaşların əmək haqqlarında olacaq artımlardan bəhs edilib.

Elmi şurada cari məsələlər də müzakirə edilib.Yekunda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov müzakirəyə çıxarılan məsələlərə münasibət bildirib,təklif və tövsiyələrini deyib.

Elmi şurada müzakirə olunan bütün məsələlərlə bağlı qərarlar qəbul olunub.

Facebook Youtube