E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-da vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri olan “Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində (LDU) vətənpərvərlik mövzusunda tədbir keçirib.

Tələbə və müəllimlərin qatıldığı tədbiri LDU-nun social məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açaraq bildirib ki, “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı layihənin əsas məqsədi Vətənə məhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə, folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.

“Turan Araşdırma Mərkəzi”İB-nin sədr müavini Cavid İsmayıl çıxışında vətənpərvərliyi ən ali insani hiss kimi dəyərləndirib.Bildirib ki,bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycan, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsidir. Lakin xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycanın ideyası və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsinə ətrafında sıx birləşərməsi önəmlidir.

Şair, pulisist,sosioloq alim, professor Əhməd Qəşəmoğlu, “Olaylar”İnformasiya Ağentliyinin baş direktoru.yazıçı publicist Yunus Oğuz layihənin əhəmiyyəti ,görüşün məqsədi barədə iştirakçılara ətraflı söz açıblar.Natiqlər çıxışlarında Azərbaycan tarixində baş verən hadisələri ətraflı təhlil edərək bildiriblər ki, tarixin ibrət dərslərinə biganə qalmaq olmaz,unutqanlıq xalqı məhvə sürükləyir.Vətənin sabahı bu gün yetişdirilən gənclərdən,onların məfkurəsindən,xalqına və vətəninə nə dərəcədə bağlılığından asılıdır deyən Yunus Oğuz tarixi mövzuda yazdığı əsərlərində vətənpərvərlik mövzusunu daim diqqətdə saxladığını deyib və kitablarını tələbələrə hədiyyə edib.

Tədbirdə vətənpərvərlik ideyalarını,azərbaycançılıq məfkurəsini təbliğ edən,Azərbaycanın məruz qaldğı tarixi faciələri əks etdirən videoçarx nümayiş etdirilib,iştirakçılara bukletlər, braşuralar ,videomateriallar paylanılıb.

Facebook Youtube