E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   ABŞ səfirliyinin müşaviri LDU-da olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkham cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.Hörmətli qonağı səfirliyin maarifləndirici proqramlar üzrə direktoru Aydan Əsgərova müşayət edib.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov cənab Riçard Pinkhama universitetdə son illərdə təhsilin səviyyəsinin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində görülən işlərdən,təcrübi istiqamətdə aparılan yenilənmələrdən danışıb.Bildirib ki, cari təhsil ilində LDU-da iki yeni tədris korpusu və 160 yerlik yataqxana inşa olunaraq tələbələrin ixtiyarına verilib.Universitetin özünün turizm tədris bazası,modern laboratoriyaları,təcrübə sahələri mövcuddur.LDU hazırda Türkiyənin və Avropanın 40-dən artıq ali təhsil müəssisəsi ilə elmi əməkdaşlıq edir.Universitet rəsmisi ABŞ –ın təhsil sektorunun dünyada öncül olduğunu və bu sektorla ikitərəfli əlaqənin LDU üçün olduqca səmərəli ola biləcəyini qeyd edib.

Səmimi qarşılanmaya görə təşəkkür bildirən ABŞ səfirliyinin müşaviri LDU –da təhsilin yenilənməsi istiqamətində son illərdə aparılan çoxşaxəli fəaliyyətdən məlumatlı olduğunu, bu səbəbdən də müşavir kimi cənub bölgəsinə ilk səfəri çərçivəsində LDU ilə tanışlıq imkanından yararlandığını deyib. Səmimi və işgüzarlıq şəraitində keçən söhbət zamanı R.Pinkham səfirliyin hazırda fəaliyyətdə olan təhsil proqramlarından danışıb, tələbə və müəllim mübadiləsinə imkan yaradacaq layihələrin reallaşmasına yardımçı olacağını vəd edib.

Cənab Riçard Pinkham Lənkəran Dövlət Universitetinin tələbələri ilə də görüşüb.Səmimi dialoq və diskussiya şəraitində keçən söhbət zamanı əsas mövzu ABŞ səfirliyinin mövcud təhsil proqramlarından bəhrələnmək barədə olub.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube