E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Elmi şura növbəti iclasını keçirib.

Lənkəran Dövlət Universitetində(LDU) fəaliyyət göstərən Elmi şuranın növbəti iclası keçirilib.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iştirakçıları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək bayram arzularını çatdırıb.Professor Natiq İbrahimov Respublika Təhsil Nazirliyinin LDU-nun bir qrup əməkdaşını səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə təltif olunması xəbərinin sevincini şura üzvləri ilə bölüşüb. LDU-nun “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti Əliağa Baxşıyevə təltif olunduğu “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi “ döş nişanını və bayram hədiyyəsini təqdim edən universitet rəsmisi qocaman müəllimə xoş arzularını bildirib və səmərəli elmi fəaliyyətinə görə kollektiv adından təşəkkür edib.

“Texnologiya və texniki fənlər”kafedrasının dosenti Rəşad Əliyevə, “Riyaziyyat və informatika” kafedrasının baş müəllimi Şakur Həbibova, “İqtisadiyyat və idarəetmə”fakültəsinin dekan müavini Səriyyə Tağızadəyə təltif olunduqları “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təntənəli şəkildə təqdim olunub. Həmçinin, “İbtidai təhsil və məktəbəqədər təlim”kafedrasının müdiri, dosent Ayəddin Əliyev anadan olmasının 60 illik yubileyi münasibətilə universitetin “Fəxri-fərman”ı ilə təltif edilib.

Elmi şuranın sədri professor Natiq İbrahimov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitetin bir qrup əməkdaşının pul mükafatları ilə təltif olunduğunu da şura üzvlərinin diqqətinə çatdırıb və LDU-nun bütün professor-müəllim heyətinə bir daha səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə minnətdarlıq edib.

Bayram ovqatlı Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2019-2020-ci tədris ilinin I smestrinin gedişi,I kollokviumlara hazırlığın vəziyyəti”olub.Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verərək bildirib ki,hazırlığın vəziyyəti qənaətbəxşdir ,işlər yekunlaşmaq üzrədir.

Universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov daxili intizam qaydaları barədə məlumat verib.

Şura iclasında “Aqrar və mühəndislik “fakültəsinin hesabatını fakültənin dekanı ,dosent Balayar Şahbazov təqdim edib. Videoçarx və cədvəllərlə müşayət olunan təqdimatda yeni yaradılan fakültənin illər üzrə müvəffəqiyyət faizləri,yenilənmələr, tədris-təhsil bazasının modernləşdirilməsi,tələbələrin əldə etdikləri nəticələr əksini tapıb.

Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zaur Məmmədov XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə hazırlığın yekunları ilə şura üzvlərini tanış edib.

Elmi şurada cari məsələlərə də baxılıb və müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul olunub.

Facebook Youtube