E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU Batumi Dövlət Universiteti ilə anlaşma memorandumu imzalayıb.

Lənkəran Dövlət Universiteti (LDU) ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.Sənəddə tərəflər arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafı,təcrübə və qaynaqların mübadiləsi, birgə elmi proqramların,araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.

Anlaşma memorandumu çərçivəsində müəllim, tədqiqatçı və tələbələrin mübadiləsi, ortaq dərəcəli doktorantura proqramlarının açılması, birgə seminar , simpozium və konfransların keçirilməsi,elmi ədəbiyyat və nəşrlərin mübadiləsi,yay məktəblərinin təşkili və s.həyata keçiriləcək.

Memorandumu Lənkəran Dövlət Universiteti rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və Batumi Dövlət Universitetinin rektoru,professor Merab Xalvaşi imzalayıblar.Sənədin 5 il müddətində qüvvədə qalması nəzərdə tutulub.

Facebook Youtube