E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU “QS World University Rankings”-dünyanın ən nüfuzlu ali məktəb reytinqləri siyahısına qoşulub!

LDU “QS World University Rankings”-dünyanın ən nüfuzlu ali məktəb reytinqləri siyahısına qoşulub!

Lənkəran Dövlət Universitetinin (LDU) bu günlərdə “QS World University Rankings”-dünyanın ən nüfuzlu ali məktəb reytinqləri siyahısına qoşulması bu ali təhsil ocağının həyatında ən mühüm və xoş yenilklərdən biri sayıla bilər. LDU-nun dünyanın reytinqli universitetlər siyahısında yer alması, universitetin beynəlxalq nüfuzunun artmasına imkan verəcək, əməkdaşlarının dünya miqyasında tanınmasına şərait yaradacaq.

Qeyd edək ki, “QS World University Rankings” dünyanın ən yaxşı universitetlərinin konkret siyahısını müəyyənləşdirən ən mühüm reytinqli təşkilatlardandır. Məhz bu mənbəyə əsasən dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı müəyyən edilir və onların arasından 1000 universitet seçilir.

Facebook Youtube