E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-da ağacəkmə kompaniyası keçirilib.

      Respublika Təhsil Nazirliyi , Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən ağacəkmə aksiyasında Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyəti də fəal iştirak edib.

Aksiya çərçivəsində LDU-nun I və II saylı tədris korpuslarının, inzibati binanın , qızlar yataqxanasının, turizm –tədris bazasının həyətlərində yerli və cənub təbiətinə uyğunlaşmış müxtəlif növlü yüzlərlə yeni ağac, həmişəyaşıl bəzək kolları əkilib.

Ağacəkmə aksiyasına universitet rəsmiləri də qatılıb.

Facebook Youtube