E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU ilə Amasiya Universiteti arasında Memorandum imzalanıb.

Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyə Cümhuriyyətinin daha bir universiteti arasında akademik əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Amasya Universiteti ilə imzalanmış Anlaşma Memorandumu təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır və tədris, tədqiqat, tələbə, müəllim , təlim proqramları mübadiləsi,birgə elmi seminarların və tədbirlərin keçirilməsinə xidmət edir.

5 il müddətinə imzalanan memorandumu Lənkəran Dövlət Universiteti tərəfindən rektor vəzifəsini icra edən professor Natiq İbrahimov, Amasiya Universiteti tərəfindən rektor, professor Mətin Orbay imzalayıb.

Xatırladaq ki, Lənkəran Dövlət Universiteti 50-yə yaxın universitet və institutlarla əməkdaşlıq edir.

Facebook Youtube