E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Astara məktəbliləri LDU-da.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017 ci il tarixli əmrin icrası ilə əlaqədar olaraq LDU ilə bölgənin orta ümumtəhsil məktəbləri arasında əlaqələr genişlənməkdə davam edir.

Astara rayonunun Şahağacı 2 saylı tam orta məktəbinin tədris hissə müdiri Vüqar Mustafayev, biologiya müəllimi Nazim Məmmədov və məktəbin yuxarı sinif şagirdləri Lənkəran Dövlət Universiteti ilə tanış olmaq məqsədilə LDU-da olublar. Onlara Təbiyyat fakültəsinin kimya və biologiya fənlərinin tədrisi laboratoriyaları , ingilis dili mərkəzi , informatika tədris laboratoriyası ilə yaxından tanış olmaq və bir sıra dərslərləri dinləmək imkanı yaradılıb. Görüş zamanı universitetin müəllimləri məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Facebook Youtube