E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Çexiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi LDU-da olub.

Çexiya Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putik Lənkəran Dövlət Universitetində (LDU) olub.Bu ali ali təhsil ocağına ikinci dəfə səfər edən qonaqlara universitet barədə ətraflı məlumat verən professor Natiq İbrahimov Azərbaycan təhsilinin Avropaya inteqrasiyası istiqamətində görülən işlərdən, gələcək prespektivlərdən, qarşıya qoyulan hədəflərdən danışıb.Universitet rəsmisi qonaqların marağına uyğun olaraq onlara ekologiya və aqrar yönümlü fakültələrin işindən, mütəxəssislərin hazırlanması istiqamətlərində olan yeniliklərdən söz açıb, bu sahədə xarici ölkə universitetlərinin qabaqcıl təcrübəsindən yararlandıqlarını qeyd edib. Praktik vərdişlərin aşılanmasında böyük rol oynayan modern laboratoriyaların xaricdən gətirilərək universitetdə quraşdırıldığını deyən N.İbrahimov qonaqlara meşəçilk , turizm və otelçilk ixtisalarında kadrların hazırlanması sahəsindəki son yenilklərdən söz açıb, Çexiya universitetləri ilə qarşılıqlı əməkdaşlığa maraqlı olduqlarını deyib, tələbə-müəllim mübadiləsinin, birgə elmi konfransların keçirilməsinin, elmi tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

Səmimi qarşılanmaya və ətraflı məlumata görə minnətdarlıq bildirən cənab Daniel Putik Çexiya universitetləri ilə LDU arasında imzalanacaq əməkdaşlıq müqaviləsi, Çexiya səfirliyinin Ekologiya Nazirliyi və Turizm agentliyi ilə birgə həyata keçirəcəyi “ Turizm marşrutlarının markalanması” adlı layihədə LDU-nun iştirakı, həmçinin,Avropa ittifaqının nümayəndə heyətinin təşəbbüsü ilə həyata keçirilən layihələrə universitet tələbələrinin də cəlb edilməsi məsələlərini professor Natiq İbrahimovla birgə müzakirə edib.

Facebook Youtube