E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-da məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib.

Lənkəran Dövlət Universitetində(LDU) Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq ölkədə son dövrdə aparılan məhkəmə-hüquq sistemində aparılan islahatlardan danışıb, ölkə başçısının bu istiqamətdə imzaladığı 3 aprel 2019-cu il tarixli fərmanını yüksək dəyərləndirib.

Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov sözügedən fərmanı ətraflı şərh edib,məqsəd və mahiyyəti barədə geniş açıqlama verib.

Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun üzvü Rəşad Əliyev “Elektron məhkəmə informasiya sistemi-ədalət mühakiməsində yeni mərhələ”,İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov “Elektron icra” informasiya sistemi barədə”,Qeydiyyat və notariat baş idarəsinin İnformasiya təminatı şöbəsinin məsləhətçisi Zaur Həsənov “Məhkəmə hüquq sistemində tətbiq edilən innovasiyalar haqqında” təqdimatla çıxış ediblər.Təqdimatlarda bu sahədə olan son yeniliklər,icra mexanizmi və s.barədə iştirakçılara ətraflı məlumat verilib.

Maarifləndirmə məqsədi ilə keçirilən tədbiri Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov yekunlaşdırıb.

Facebook Youtube