E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

                                                       Tezis üçün tələb olunan qaydalar:

1. Tezislər Times New Roman 12 şriftlə, 1 intervalla yazılmalıdır.

2. Tezis mətni 2 səhifədən artıq olmamalıdır.

3. Tezisin mətni Azərbaycan, Rus, İngilis və Türk dillərində verilə bilər.

4. Dərəcəsi olmayanlar üçün təsdiqli rəy, həmçinin doktorant və dissertantlar üçün elmi rəhbərlərinin təsdiqli rəyi tələb olunur.

5. Magistrantlar tezislərini elmi rəhbərləri ilə birgə, magistr dərəcəlilər isə ixtisası üzrə elmi dərəcəli müəlliflə birlikdə verməlidir.

6. Konfransda iştirak edəcək əməkdaşlar üçün konfrans vaxtından 10 (on) gün öncədən müvafiq müəssisə rəhbərinin razılıq məktubu tələb olunur.

7. Konfransda iştirak etməyənlərin tezisləri çap olunmayacaqdır.

8. Tezisdəki orfoqrafik səhvlərə müəllif məsuliyyət daşımaqdadır.

9. Konfrans üçün tezislər 15 aprel 2019-cu il tarixinədək (saat 17:30-a dək) qəbul ediləcəkdir.

10.Tezislərin çapı üçün ödəniş tələb olunmur.

11.Hazırlanan tezislər elmi_tezis@lsu.edu.az elektron ünvanında qəbul olunur.

    Tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək və müəlliflərə əlavə məlumat verilməyəcəkdir.

Nümunə forması :

Soyad Ad,

Elmi adı və dərəcəsi (açıq şəkildə yazılmalıdır)

elektron ünvan

Aid olduğu müəssisə

Tezisin adı

M Ə T N ( 2 səhifədən çox olmamaq şərtilə )