E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-da işarət dilinin təbliği mövzusunda təlim keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi “Səssizliyin səsi olaq-gənclər arasında işarət dilinin təbliğinin təşkili” mövzusunda təlim keçirilib.

Tədbiri universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov açaraq qonaqları salamlayıb və iştirakçılara tədbirin mahiyyəti barədə qısa açıqlama verib.

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə Dəstək İctima Birliyinin sədri Səbinə Kərimova, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova çıxışlarında bildiriblər ki, Nərgiz Abdulovanın rəhbəri olduğu layihənin əsas məqsədi Azərbaycanda yaşayan eşitmə və danışma məhdudiyyəti olan uşaq və gənclərin cəmiyyətə inteqrasiya edilməsinə və həmçinin digər dünya ölkələrində yaşayan bu kateqoriyadan olan həmyaşıdlarına ölkəmizi tanıtmağa nail olmaqdır.

Tədbirdə işarət dili üzrə təlimçi Aytac Qədirova iştirakçılara nitq məhdudiyyəti olan şəxslərlə cəmiyyətdə necə ünsiyyət qurulması ilə bağlı təlim keçib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya edilməsindən bəhs edən videoçarx izlənilib, iştirakçılara bu mövzuda braşura və bukletlər paylanılıb.

Müzakirələr çay süfrəsi arxasında davam etdirilib.

Facebook Youtube